Cümə günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dini icma və konfessiyaların rəhbərləri, eləcə də ilahiyyatçıların iştirakı ilə “20 Yanvar: milli-mənəvi dəyərlərin zəfəri” adlı tədbir keçirilib.
“20 Yanvar hadisələri ilk böyük itkilərə səbəb olsa da, eyni zamanda Azərbaycanın müstəqilliyi yolunda qəhrəmanlıq nümunəsi olub”, - deyə komitənin sədri Elşad İskəndərov bəyan edib. Onun sözlərinə görə, 24 il öncə baş vermiş faciəli hadisələr Azərbaycan xalqını sarsıdıb.
“O zaman xalq sanki yetim qalmışdı. Bütün KİV-lər, həmçinin SSRİ-də gedən prosesləri işıqlandıran xarici mətbuat suküt içində idi. Məhz onda Heydər Əliyev Moskvada Azərbaycanın haqq səsini ucaltdı. Bu, o dövrdə mövcud informasiya blokadasının yarılması demək idi. Onun Bakıda dinc sakinlərin qətlə yetirilməsi barədə bəyanatı bir anda dünya mətbuatının səhifələrində işıqlandırıldı”, - deyə E.İskəndərov vurğulayıb.
Komitə sədri xüsusilə qeyd edib ki, Azərbaycan sonrakı illərdə də vaxtaşırı bu cür faciələrlə üzləşib, lakin hər zaman bütün sınaqlardan uğurla çıxıb və “bu gün İlham Əliyevin rəhbərliyi altında ölkə dünyanın nüfuzlu dövlətləri sırasına daxildir”.
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərov qeyd edib ki, totalitar Sovet rejiminin süqutu ərəfəsində ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan günahsız insanların qətlə yetirilməsi bir daha dünyaya onun cinayətkar mahiyyətini nümayiş etdirdi.
“Həmin hadisələrin iştirakçısı kimi deyə bilərəm ki, 20 Yanvar faciəsi xatirimdə Azərbaycan xalqının qəhrəmanlıq nümunəsi kimi qalıb. Mən həmin gecə yaralandım və xalqımızın nümayəndələri məni güllə yağışının altından çıxartdılar. Həkimlərimizin də fədakarlığını qeyd etmək lazımdır”, - deyə E.Əsgərov bildirib.
“Bəli, ola bilsin ki, bu faciədir, lakin xalqımız hünər nümayiş etdirməsəydi, bizi daha pis aqibət gözləyə bilərdi”, - deyə o əlavə edib.
Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr bəyan edib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının tolerantlıq və dözümlülüyünün səviyyəsini əyani surətdə nümayiş etdirdi.
“Həmin hadisələrin şahidi olmasam da, deyə bilərəm ki, Azərbaycanda bütün baş verənlərdən sonra digər millətlərin nümayəndələrinə qarşı dözülməzlik faktları qeydə alınmayıb. Bununla Azərbaycan xalqı digər millətlərin nümayəndələrinə tolerant münasibətini bir daha nümayiş etdirdi”, - deyə arxiyepiskop vurğulayıb.
Tədbirdə qeyd olunub ki, 20 Yanvar hadisələri zamanı yeddi millətin nümayəndələri qətlə yetirilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət