Moskva Minsk Qrupunun digər həmsədrləri ilə birgə Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni təkliflər verməyə hazırdır, lakin son sözü Bakı və İrəvan deyəcək. Belə bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.
“Biz amerikalı və fransalı həmsədrlərlə birgə hər iki tərəfə stimul veririk, Bakı və İrəvana hansısa ideyalar verməyə hazırıq, lakin son sözü onlar deməlidirlər”, - deyə S.Lavrov çərşənbə axşamı Moskvada keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin işləyib hazırladığı təkliflər var və onlar danışıqlar mərhələsindədir. Tərəflər bu təklifləri rədd etmirlər, lakin bu regional problemi həll etmək üçün prinsipial razılaşmaya gətirib çıxaracaq əlavə səylər tələb edirlər. Kömək edəcəyik”,- deyə nazir əlavə edib.
Bununla yanaşı o söyləyib ki, əsas məsələ tərəflərin problemin nizamlanmasının əsasında dayanan prinsiplərlə razılaşmasıdır. “Biz onların əvəzinə bunu etməyəcəyik”,- deyə nazir əlavə edib.
O, ötən ilin noyabr ayında Vyanada Azərbaycan və Ermənistanın dövlət başçıları arasında keçirilmiş görüşü ümidverici adlandırırb.
“Əliyevlə Sarqsyanın görüşü bir qədər ümidvericidir, iki il ərzində bu cür əlaqə olmayıb. Azərbaycanlı və erməni dostlarımızla əlaqə saxladıq və belə başa düşdük ki, ümumilikdə prezidentlər söhbətdən məmnun qalıblar, danışıqları xarici işlər nazirləri səviyyəsində də davam etdirmək barədə razılığa gəliblər. Eyni zamanda şəxsi dialoqun da davam etdirilməsi nəzərdə tutulub”, - deyə S.Lavrov qeyd edib.
Jurnalistlərin suallarını cavablandıran RF XİN başçısı qeyd edib ki, Ermənistanın Moskvadakı səfirliyində Dağlıq Qarabağ Respublikası nümayəndəliyinin mövcud olması barədə məlumatı yoxdur.
“Vyana Konvensiyasına zidd olaraq hansısa səfirlikdə apartamentlərin kiməsə icarəyə verilməsi, kiminsə hardasa restoran açması barədə söhbətlər gedir. Mən sadəcə olaraq bunu bilmirəm. Fikrimcə, hər kəs Vyana Konvensiyasına əməl etməlidir”, - deyə S.Lavrov qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət