Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Xulian Dominqez ilə görüşündə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Bu barədə çərşənbə günü XİN mətbuat xidmətindən məlumat verilib.
Tərəflər kənd təsərrüfatı, ərzaq emalı, yüksək texnologiyalar sahələrində birgə layihələrin həyata keçirilməsinin faydalı olacağını vurğulayıblar.
Görüşdə iki ölkə arasındakı əlaqələrin inkişafı, qarşılıqlı olaraq səfirliklərin təsis olunması, yüksək səviyyəli səfərlərin həyata keçirilməsi, müxtəlif sahələrə dair sənədlərin imzalanması, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT TŞ-də hər iki ölkənin qeyri-daimi üzvlüyü müddətində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Azərbaycan və Argentina parlamentlərindəki müvafiq dostluq qruplarının fəaliyyəti və parlamentarların həyata keçirilən qarşılıqlı səfərlərinin iki ölkənin əməkdaşlığına verdiyi töhfələr qeyd olunub.
Tərəflər parlamentlərarası əlaqələrin genişləndirilməsi istiqamətində işin davam etdirilməsi barədə razılığa gəliblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət