Azərbaycan və İtaliya şirkətləri üçüncü ölkələrin bazarlarına çıxmaq üçün birgə müəssisələr yaratmaq niyyətindədirlər. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev məlumat verib.
Cümə axşamı Bakıda Azərbaycan və İtaliya iş adamlarının işgüzar görüşü keçirilib.
“İtaliyanın tikinti, dizayn, interyer işləri ilə məşğul olan "MADE S.p.A." şirkəti Azərbaycan bazarına çıxmaq niyyətindədir. Bundan başqa, yaxın vaxtlarda Azərbaycan və İtaliya şirkətləri üçüncü ölkələrin, xüsusilə Rusiya, Qazaxıstan və İranın bazarlarına çıxmaq üçün birgə müəssisələr yartamaq niyyətindədir”, - deyə M.Musayev qeyd edib.
O, Avropa ölkələri ilə məhsuldar əməkdaşlıq barədə danışarkən İtaliyanı Azərbaycanın ən uğurlu tərəfdaşlarından biri kimi qeyd edib. “2013-cü ildə əmtəə dövriyyəsinin $10 mlrd.-ı ötməsi Azərbaycan və İtaliya arasında sıx əməkdaşlığın bariz nümunəsidir. Qeyd edim ki, Azərbaycanda İtaliya kapitalı ilə 45 şirkət mövcuddur”,- deyə o əlavə edib.
"MADE S.p.A." 40 ildir fəaliyyət göstərir və baş ofisi Florensiyada yerləşir. Biz Azərbaycan şirkətlərinin rəqibi deyil, tərəfdaşı olmaq istəyirik”,- deyə şirkətin baş icraçı direktoru və prezidenti Cüzeppe Massaskusa bildirib.
ASK 1999-cu ilin mart ayında yaradılıb. Hazırda 5 mindən çox şirkət və 70 müxtəlif sahibkarlar birliyi onun üzvüdür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət