Azərbaycan musiqisi region xalqlarının musiqisinə böyük təsir göstərir. Bu barədə dünya şöhrətli bəstəkar Ennio Morrikone cümə günü Bakıda keçirdiyi mətbuat konfransında bəyan edib.
“Azərbaycanda olduğuma şadam. Mənim üçün bu, böyük bayramdır. Lakin yenə də həyəcanlıyam, çünki səhnədə 180 musiqiçi ilə çalışacağam. Ümid edirəm ki, hər şey yüksək səviyyədə alınacaq və biz hər kəs üçün gözəl musiqi bayramı təşkil edəcəyik”, - deyə maestro vurğulayıb.
E.Morrikonenin sözlərinə görə, o, Azərbaycan musiqisini dinləyib və onun region xalqlarının musiqisinə böyük təsir göstərməsi qənaətindədir.
“Məni dahi adlandırıb Motsartla müqayisə edəndə xoşlamıram. Düşünürəm ki, öz yaradıcılığımı qiymətləndirmək yaxşı deyil. Bunu mən artıq olmayandan sonra insanlar, musiqisevərlər etməlidir”, - deyə bəstəkar qeyd edib.
Yaponiya kinematoqrafçılarının ondan film üçün musiqi bəstələməsini xahiş etmələri barədə danışan E.Morrikone vurğulayıb ki, hər hansı musiqi alətini görən kimi o, həmin alət üçün hansı üslubda və hansı musiqini bəstələmək mümkün olduğunu təxmini deyə bilər.
Jurnalistlərin ilham barədə sualına cavabında maestro bildirib ki, müəyyən filmə musiqi bəstələməzdən əvvəl o, bu məqamları rejissorlar və ssenari müəllifləri ilə müzakirə edir.
“Hər bir bəstəkar dinləyiciyə duyğularını və fikirlərini çatdırmaq üçün yazdığı əsərə özünün bir zərrəsini daxil edir”, - deyə E.Morrikone vurğulayıb.
“Buta” İncəsənət Mərkəzinin nümayəndəsi Fuad Hətəmov bildirib ki, Mərkəz 2004-cü ildən etibarən fəaliyyət göstərir və dünya şöhrətli musiqiçilərlə böyük layihələr reallaşdırır.
“Müasir dünyada kinofilmlərə musiqi yazan görkəmli bəstəkarlar çoxdur, lakin onların heç də hamısının adını çəkə bilmirik. Ennio Morrikonenin adı isə əfsanəyə dönüb, onu hər bir kino həvəskarı tanıyır”, - deyə Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva vurğulayıb.
O qeyd edib ki, şənbə günü Heydər Əliyev Sarayında keçiriləcək konsertdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası E.Morrikonenin rəhbərliyi altında çıxış edəcək.
Konsert Mədəniyyət və Turizm Nazirliyi, İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi, “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı, “Fireland Vineyards” və “NAR Mobile” şirkətlərinin sponsorluğu ilə təşkil olunub.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
«Nar» komandası «Breyn Rinq» yarışının qalibi oldu
AccessBank yenilənmiş konseptli “20 yanvar” filialını istifadəyə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət