2013-cü ildə Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi 40% artıb. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bəyan edib.
“Bu, artıq 10-cu biznes forumdur və onların sayəsində ticari-iqtisadi əməkdaşlığımız fəallaşıb. Qarşılıqlı gərgin işin nəticəsi olaraq ötən il ticarət dövriyyəmiz 40% artıb (Azərbaycan tərəfinin statistikasına əsasən)”, - deyə Ş.Mustafayev bazar ertəsi Azərbaycan-Macarıstan biznes forumunda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, “ticarət dövriyyəsinin artım səviyyəsi kifayət qədər yüksəkdir, lakin mövcud potensial daha artıq nəticələr əldə etməyə imkan verir”.
“Yüksək səviyyədə olan siyasi əlaqələr də ticari-iqtisadi əməkdaşlığın genişlənməsində mühüm rol oynayır”, - deyə nazir qeyd edib.
Ş.Mustafayevin sözlərinə görə, kənd təsərrüfatı, İKT, turizm, ticarət, sənaye və s. sahələrdə əməkdaşlıq xüsusilə fəal inkişaf edir.
“Biz yeni iqtisadi strategiya hazırlamışıq. Bu strategiyaya əsasən, Şəqrə doğru irəliləyəcəyik. Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq bizim üçün mühüm əhəmiyyət kəsb edir və bu mənada Azərbaycan xüsusi yer tutur. Azərbaycanla əməkdaşlıqda bizi biznes maraqları deyil, dostluq telləri birləşdirir”, - deyə Macarıstanın xarici işlər və iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto bəyan edib.
Onun sözlərinə görə, aqrar sahədə əməkdaşlıq sürətlə inkişaf edir. “Azərbaycanla aqrar sahədə 28 Macarıstan şirkəti fəal əməkdaşlıq edir. Bunun sayəsində heyvandarlıq sahəsi üzrə ticarət dövriyyəsi 43 dəfə artıb”, - deyə o bildirib.
Dövlət katibi məlumat verib ki, “Macarıstanın “Exim Bank”ı istənilən birgə layihəni maliyyələşdirməyə hazırdır”. “Biz Macarıstanda azərbaycanlı sahibkarlar üçün maraq kəsb edəcək layihələrin siyahısını təsdiq etmişik. Layihələr 150 min avrodan 1,5 mln. avroya qədər məbləğdə qiymətləndirilir”, - deyə o qeyd edib.
P.Siyarto məlumat verib ki, tərəflər aviaəlaqənin inkişaf etdirilməsinə dair razılığa gəliblər.
Biznes forumda İKT, kənd təsərrüfatı, əczaçılıq, turizm, daşınmaz əmlak, tikinti, maliyyə, tekstil sahəsində fəaliyyət göstərən 150-yə yaxın azərbaycanlı və macar sahibkar iştirak edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət