Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin vəsaitləri əsasən ABŞ dollarnda yatırılıb. Bu barədə fondun məlumatında bildirilir.
2014-cü il yanvarın 1-nə ARDNF-in aktivləri $35 mlrd. 877,5 mln. təşkil edib, bunun $216,1 mln.-u Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib.
ARDNF-in investisiya portfelinin həcmi $35 mlrd. 661,4 mln. təşkil edib. İnvestisiya portfelinin strukturunda $17 mlrd. 108,3 mln. və ya 48% ABŞ dolları, 40% avro, 5,1% funt sterlinq, 0,5% Avstraliya dolları, 1,2% türk lirəsi, 1,9% rus rublu, 3,2% qızılda yatırılıb.
2014-cü il yanvarın 1-nə fondun investisiya portfelinin aktivlərinin 35,7%-i korporativ kağızlarda, 22,5%-i agentlik və beynəlxalq təşkilatların istiqrazlarında, 14,4%-i qısamüddətli kommersiya kağızlarında, 10,8%-i maliyyə istiqrazlarında, qalanları digər alətlərdə yerləşdirilib.
Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 56,82%-i Avropa ölkələrində, 19,31%-i Şimali Amerika ölkələrində, 9,47%-i Asiya-Sakit okean regionu ölkələrində, qalanı digər regionlarda yerləşdirilib.
Fondun investisiya portfelinin 86,2%-i istiqrazlarda, 4%-i pul bazarının depozitləri və alətlərində, 4,1%-i səhmlərdə, 3,3%-i qızılda, 1,8%-i daşınmaz əmlakda, 0,6%-i investisiya layihələrində yerləşdirilib.
2013-cü ilin yekunlarına əsasən, ARDNF-in aktivləri üzrə umumi gəlirlilik 1,77%, o cümlədən səhmlər üzrə gəlirlilik 0,8%, istiqrazlar üzrə gəlirlilik 0,75%, depozitlər üzrə gəlirlilik 0,17% təşkil edib.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət