Avropa Birliyi (AB) Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış vəziyyətdən narahatdır. Bu barədə çərşənbə günü jurnalistlərə AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bəyan edib.
“Biz baş verənlərə təəssüf edirik. AB bu məsələni daim diqqət mərkəzində saxlayır”, - deyə o vurğulayıb.
M.Mard qeyd edib ki, AB-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə yeni xüsusi nümayəndəsi Filipp Lefort bazar ertəsi Bakıya səfər edib və Azərbaycan Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirib.
“Görüşlərdə münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində AB-nin Azərbaycana yardım etməsi məsələləri müzakirə olunub”, - deyə M.Mard vurğulayıb.
AB-nin Bakıdakı nümayəndəsi bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bilavasitə ATƏT-in Minsk Qrupu məşğul olur.
“Biz ATƏT-in Minsk Qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan tərəfi ilə görüşlər keçiririk və bütün tərəflərin təkliflərini dinləməyə hazırıq”, - deyə M.Mard qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət