Azərbaycanın çox güclü hüquq-müdafiə sistemi və orqanları var və heç bir təhdid ölkəmizi öz maraqlarından imtina etməyə məcbur edə bilməz. Bu barədə Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bəyan edib.
“Azərbaycanın bugünkü siyasi və iqtisadi uğurları, eləcə də ictimai-siyasi sabitlik, ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər, o cümlədən idman yarışları, görünür, bir sıra ölkələrdə və təşkilatlarda ciddi narahatlıq yaradır”, - deyə o, bazar ertəsi Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin iclasdan verdiyi məlumata görə, deputat deyib ki, son günlər internetdə bir sıra təşkilatların Azərbaycanda terror aktı törətmək istəyi barədə bəyanatlar yayılır.
“Bu göstərir ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik hansısa ölkələri və təşkilatları qıcıqlandırır. Və bunun nəticəsi olaraq bu qüvvələr qorxutmaq üçün təhdid yolunu seçiblər. Bu təhdidlərin arxasında gizlənən qüvvələrin kim olduğu məlumdur və onlar bu gün Azərbaycana öz şərtlərini diktə eləməyə çalışırlar”,- deyə S.Novruzov vurğulayıb.
Son günlər sosial şəbəkələrdə “Meşə qardaşları” ekstremist təşkilatının adından təşkilat üzvlərinin Bakıda polis əməkdaşlarına qarşı terror aktları törətməyə hazır olması barədə məlumat yayılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət