2014-cü ilin yanvar ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı qanunsuz ov edilməsi və qanunsuz yolla əldə edilmiş ov məhsullarının satışı ilə bağlı 107 nəfər saxlanılıb. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verir.
Qanunsuz ov edən şəxslərdən ümumilikdə 80 ədəd ov tüfəngi, 234 ədəd patron, 1 ədəd qayıq, balıq ovunda istifadə olunan elektrik avadanlıqları, qanunsuz ovlanmış 36 baş quş götürülüb.
Eyni zamanda magistral avtomobil yollarının kənarlarında keçirilən reydlər zamanı ayrı-ayrı şəxslər tərəfindən qanunsuz yolla əldə edilmiş 106 baş çöl quşunun və 172 ədəd müxtəlif növ balığın (nərə, çəki, xanı və s. cinsli) satışının təşkil edildiyi aşkar edilib. Ov tüfəngləri, patronlar, balıq ovunda istifadə olunan avadanlıqlar, çöl quşları və balıqlar qanunvericiliyə uyğun qaydada götürülüb.
Faktlarla bağlı akt və protokollar tərtib edilərək 65 nəfər qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati qaydada, ümumilikdə 64450 manat məbləğində cərimə olunub, qanunsuz ovlanmış quşlara görə ayrı-ayrı şəxslərə 10495 manat məbləğində iddia tətbiq edilib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət