2014-cü ildə Azərbaycanda ticarət və xidmət şəbəkəsində pos-terminalların sayı 70-90 minə çatdırılacaq. Bu barədə vergilər naziri Fazil Məmmədov cümə günü brifinqdə bəyan edib.
“Təbii ki, pos-terminallar ilk növbədə Bakı, Gəncə, Sumqayıt və Naxçıvanda, iri şəhər və rayon mərkəzlərində quraşdırılacaq. Pos-terminalların sayının artması nağdsız hesablaşmaların inkişafı və stimullaşdırılmasına xidmət edəcək, bu isə dövlət başçısının diqqəti altındadır”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Vergilər Nazirliyi kommersiya bankları ilə pos-terminalların quraşdırılması məsələsi üzrə iş aparır. “Məndə olan məlumata əsasən, pos-terminalların quraşdırılacağı yer və obyektlərin siyahısı artıq hazırdır. Biz pos-terminalların bütün obyektləri əhatə etməsini nəzərdə tutmuşuq”, - deyə o qeyd edib.
Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, 2014-cü ilin əvvəlinə respublikada 33 mindən artıq pos-terminal quraşdırılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət