Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) martın 1-i və 3-də sığorta agenti və sığorta bazarının peşəkar iştirakçılarının rəhbər işçiləri kimi fəaliyyət göstərmək məqsədilə lisenziya almaqda maraqlı olan şəxslərin attestasiyası üçün növbəti imtahan keçirəcək. Bu barədə DSNX-nin saytında dərc edilmiş məlumatda qeyd edilir.
Bununla belə, imtahanda iştirak etmək üçün sənədlərini təqdim etmiş şəxslər 21 fevral saat 17:00-dək öz iştiraklarını təsdiq etməlidirlər.
İmtahan sığorta, təkrar sığorta və broker şirkətlərində rəhbər vəzifələri tutmaq istəyən şəxslər, eləcə də sığorta bazarında vasitəçilik fəaliyyəti (sığorta agentləri – İF) ilə məşğul olmaq istəyən şəxslər üçün keçirilir.
Hazırda 748 fiziki şəxs sığorta agenti qismində fəaliyyət üçün lisenziyaya malikdir.
Test imtahanı “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun keçirilir. 100 sualdan ən azı 70 suala düzgün cavab verən şəxslər attestasiyadan keçir.
“Sığorta fəaliyyəti haqqında” qanunun 83.2.2-ci maddəsinə əsasən, sığorta agentlərinin fəaliyyəti lisenziyalaşdırılmalıdır. 2009-cu il martın 15-dən agent fəaliyyətini yalnız lisenziyalaşdırılmış fiziki şəxslər həyata keçirir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət