Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda irriqasiya sistemlərinin təkmilləşdirilməsi işləri aparılır.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbova məlumat verilib ki, son illər muxtar respublikada mövcud su potensialından səmərəli istifadə nəticəsində yeni torpaq sahələri əkin dövriyyəsinə qatılıb, ərazilərin su təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb. Hər il hidrotexniki qurğularda təmir-bərpa işləri aparılır, yeni su xətləri çəkilir. Hazırda Kəngərli rayonunun Yeni Kərki, Xıncab, Yenikənd və Böyükdüz kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzunoba Su Anbarından kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzunoba Su Anbarından qidalanan 720 millimetrlik qoşa boru xətləri çəkilir.
Boru xətlərinin ümumi uzunluğu 32,4 kilometr olacaqdır. Bu günə qədər 5,6 kilometr məsafədə boru xətlərinin çəkilişi başa çatdırılmışdır. Boru xətlərinin çəkilişindən sonra Kəngərli rayonu ərazisində yeni nasos stansiyası da tikiləcək, su sərfi saatda 1200 kubmetr olan 3 ədəd aqreqat quraşdırılacaqdır. Eyni zamanda nasos stansiyasından 8,7 kilometr uzunluğunda təzyiqli boru xətti çəkiləcək və tutumu 250 kubmetr olan suqəbuledici inşa ediləcək.
Layihəyə uyğun olaraq, ərazidə 15 kilometr paylayıcı boru xətlərinin, o cümlədən 120 kilometr uzunluğunda torpaq kanal və arxların çəkilməsi də nəzərdə tutulub. Bu işlər həyata keçirildikdən sonra Kəngərli rayonunda 4 min hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə qatılacaq və əkin sahələrində suvarma tədbirləri daha da yaxşılaşdırılacaq.
Ali Məclisin Sədri layihəyə uyğun olaraq, tikinti işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması, əkin dövriyyəsinə daxil edilən torpaq sahələrinin xəritələşdirilərək payızlıq taxıl əkininə hazırlanması barədə aidiyyəti orqanlara tapşırıqlar verib.
Həmin gün V.Talıbov Uzunoba Su Anbarında görülən işlərlə tanış olub.
Məlumat verilib ki, ötən əsrin 60-cı illərindən istismar olunan su anbarında 2013-cü ilin oktyabr ayından başlayaraq yenidənqurma işləri aparılır. Su anbarının bəndinin uzunluğu 1868 metr, hündürlüyü isə 17,7 metrdir. Bu günə qədər 12 min kvadratmetr sahədə betonlama işləri aparılıb. Ümumi tutumu 8 milyon kubmetr olacaq su anbarında suburaxıcı qapılar da yenidən qurulacaq, drenaj sularını yığmaq üçün 1530 metr uzunluğunda qapalı xətt çəkiləcək, bəndin üzərində işıqlandırma sistemləri quraşdırılacaq..
Həyata keçirilən tədbirlər su anbarının istismar müddətini artırmaqla yanaşı, ərazidə şoranlaşmanın qarşısını alacaq və yeni torpaq sahələri əkin dövriyyəsinə daxil ediləcək. Bununla yanaşı, Uzunoba Su Anbarında istirahət guşələri və çimərlik istifadəyə veriləcək, su idman oyunları ilə məşğul olmaq üçün lazımi şərait yaradılaca.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət