ABŞ-ın Nyu Meksiko ştatının Senatında Qarabağ münaqişsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsinəd həllini dəstəkləyən qətnamə qəbul edilib.Bu barədə cümə günü Azərbaycanın Los -Ancelesdəki Baş Konsulluğunun mətbuat xidməti məlumat verib.
Qətnamədə Azərbaycanın ərazi bütövlüyünün ABŞ tərəfindən dəstəkləndiyi və beynəlxalq birliyin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı bildirilir.
Qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bütün erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar da daxil olmaqla bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü və sərhədləri çərçivəsində həllini dəstəkləyir.
Bütün bunları nəzərə alaraq, qanunvericilər ABŞ-ın münaqişənin tezliklə və ədalətli şəkildə həlli istiqamətində səylərini gücləndirməsinin vacibliyini vurğulayırlar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət