Ədliyyə Nazirliyi 2013-cü ildə fəaliyyətlərində aşkarlanmış nöqsanlarla əlaqədar olaraq 248 bələdiyyəyə tövsiyə göndərilib
“2013-cü ildə Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar olaraq 1855 müraciət daxil olub ki, bu da 2012-ci ilin göstəricisinə nisbətən 17 % azdır”,- deyə orqanın bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən illik hesabatında bildirilir. Hesabatı ədliyyə nazirinin müavini Vilayət Zahirov cümə günü Milli Məclisin plenar iclasında oxuyub.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri iclasdan məlumat verir.
Aparılan analizlər göstərdi ki, 495 müraciət torpaq sahələrinin ayrılması, 302 müraciət torpaq mübahisələri, 168 müraciət torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı olub.
Beləliklə, Ədliyyə Nazirliyinə daxil olmuş şikayətlərin 52 %-i torpaq məsələləri, qalanları bələdiyyələrin fəaliyyəti ilə bağlı olub.
Aşkar edilmiş nöqsanlara baxılaraq 248 bələdiyyəyə tövsiy göndərilib.
2013-cü ildə 3460,5 hektar qanunsuz torpaq sahəsinin ayrılmasının qarşısı alınıb,görülən tədbirlər nəticəsində 3196,66 hektar icarəyə verilmiş , 242,78 hektar xüsusi mülkiyyətə və 21,05 hektar mülkiyyətə verilmiş torpaq sahəsi bələdiyyələrə qaytarılıb.
V.Zahirov bildirib ki, ötən il hüquqi ekspertizanın keçirilməsi üçün 59 min 858 bələdiyyə aktı daxil olub.
Milli Məclisin Regional məsələlər üzrə komitəsinin sədri Arif Rəhimzadə öz çıxışında bələdiyyələrin fəaliyyətini tənqid edib.
Azərbaycanda 1718 bələdiyyə fəaliyyət göstərir.
İllik hesabat deputatların əksəriyyətinin səs çoxluğu ilə qəbul olunub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət