Ermənistanın hakim dairələri gizlətmirlər ki, başqa millətlərə mənsub tarixi irsi məhv etmək onu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salmaqdan daha asandır. Bu sözləri “İnterfaks-Azərbaycan” agentliyinə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov söyləyib.
“İrəvanda “Örtülü bazar”da yenidənqurma işlərinin aparılması onun UNESCO-nun qeyri- maddi mədəni irs siyahısına salınmasına mane olması barədə Ermənistan KİV-lərində bu yaxınlarda yayılan məlumatlara diqqət çəkmək istərdim.Məlumatda qeyd edilir ki, İrəvanda yerləşən “Örtülü bazar” yenidənqurma işlərinə qədər tarixi abidə hesab edilirdi, lakin bərpa işlərinin aparılması onun UNESCO-nun siyahısına daxil olmasına mane olub.
Bununla yanaşı, F.Axundov ermənistanlı ekoloq Karine Danilyanın bu məsələ ilə əlaqədar səsləndirdiyi etirafa da diqqət çəkib. “Bazar UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməli idi. İndi hər şey bitdi”. Ekoloq qeyd edib ki, Ermənistanda “pul hər şeyi həll edir” neoliberal siyasəti bütün həyat sahələrinə nüfuz edib.
F.Axundovun fikrincə, Ermənistan tərəfi İrəvanın qədim simasının, xüsusən beş əsr öncə tikilən və burda azərbaycanlıların yaşadığını təsdiq edən tarixi sübutların planlı şəkildə məhv edilməsini etiraf edir
“Beləliklə, onlar “İrəvanda qədim ermənilərin məskunlaşması, bu şəhərin tarixinin hətta Qədim Roma tarixindən çox olmasına dair əfsanəni” yaymağa imkan verməyən orta əsrlər Azərbaycan mədəniyyəti və memarlığının mövcudluğu faktını dünyadan gizləməyə çalşırdılar.
İndi Ermənistanın hakim dairələri Sovet dövrünə dair mədəni irsin, o cümlədən İrəvanın “Örtülü bazar”ının üzərinə düşüblər. Bu tikili orta əsrlər müsəlman karvansaraları üslubunda tikilib və bir zamanlar İrəvanda azərbaycanlı memarlar tərəfindən inşa edilmiş tikililəri xatırladırdı”,- deyə F.Axundov əlavə edib.
“Belə çıxır ki, Ermənistan tərəfinə başqalarına mənsub tarixi irsi məhv etmək onu UNESCO-nun mədəni irs siyahısına daxil etməkdən daha vacibdir”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, Ermənistan ərazisində yerləşən və erməni mədəniyyətinə aid olmayan bütün tarixi abidələr bu aqibəti yaşayıblar. F.Axundov xatırladıb ki, XVI əsrin əvvəlində Rəvanqulu xan tərfindən tikdirilmiş və onun şərəfinə Rəvan, daha sonralar İrəvan (indiki Yerevan) qalası da məhv edilib.
“Qala minarələr şəhəri kimi şöhrət tapmışdı.Qalada 8 məscid, 800 ev vardı və orda yalnız Azərbaycan türkləri yaşayırdılar. Burda 1827-ci ildə Sərdar sarayında sürgün edilmiş dekabristlər tərəfindən Aleksandr Qriboedovun “Ağıldan bəla” əsəri elə müəllifin iştirakı ilə səhnələşdirilmişdi, lakin buna baxmayaraq qala məhv edildi. Qriboedov öz əlyazmalarında güzgülü zalı olan təmtəraqlı xan sarayı barədə məlumat verir və diplomat olduğu dövrlərdə burda dəfələrlə müsafir olduğnu qeyd edir. Bu qala Sovet vaxtı ermənilər tərəfəindən dağıdılmasaydı , memarlıq şedevri olaraq mütləq UNESCO-nun tarixi irs siyahısına düşərdi,- deyə şöbə müdiri vurğulayıb.
“Yəni Ermənistanın hakim dairələri dünyanın digər ölkələrinin sivil cəmiyyətlərindən fərqli olaraq başa düşmürlər ki, Azərbaycan türk, müəslman və ya digər orta əsrlər mədəniyyəti də Ermənistan tarixinin bir hissəsidir və onu məhv etmək yox, qorumaq lazımdır.Xatırladaq ki, İrəvanın “Örtülü bazar”ı yenidənqurma və bərpa işlərindən sonra UNESCO-nun irs siyahısına düşə bilməyən yeganə obyekt deyil.2011-ci ildə Azərbaycanın işğal edilmiş Qarabağ torpaqlarındakı Qəncəsər monastr kompleksi də eyni aqibətlə üzləşib. Bu monastır uzun əsrlər ərzində Alban kilsəsinin ruhani mərkəzi və patriarxlığı olub və Ermənistan kilsəsinə heç bir aidiyyəti olmayıb.
XIX əsrdə Alban Avtokefal Kilsəsi ləğv edildikdən və onun məbədləri Ermənistan kilsəsinin tabeliyinə verildikdən sonra Qəncəsər erməniləşdirildi .Bu proses Sovet dövrünə qədər davam etdi, lakin bu prosesin kulminasiya nöqtəsi 2011-ci ildə Qəncəsərin yenidənqurulması nəticəsində son alban izlərinin silinməsi nəticəsində baş verdi. Məhz buna görə Ermənistan tərəfi Qəncəsər monastrını UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına saldıra bilmədi”, - deyə F.Axundov qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət