Pakistanda nəşr olunan ingilisdilli “Pakistan Observer” qəzeti cümə axşamı buraxılışında “Pakistanın görkəmli şəxsləri Dağlıq-Qarabağ məsələsinin həllinə çağırırlar. Pakistan Observer məsələnin sülh yolu ilə həlli məqsədi ilə ictimai birliyi səfərbər edir“ adlı məqalə dərc edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məqalədə Pakistan senatının sədr müavini, senatın komitə sədrləri, əyalətlərin qanunverici və icraedici orqanlarının rəhbərləri, sabiq nazirlər, istefada olan ordu generalları, admirallar, aviasiya marşalı, tanınmış hüquqşünaslar, jurnalistlər və alimlər də daxil olmaqla 100 nəfərdən çox Pakistanın ictimai-siyasi xadimləri Xocalı soyqırımını qəti şəkildə pisləmək məqsədi ilə Bəyannamə ilə müraciət etdikləri vurğulanır.
Bəyannamədə Xocalıda baş verən qırğına aidiyyatı olan şəxsıərin məsuliyyətə cəlb olunmasının zərurəti qeyd edilir. Bununla belə, sənədin müəllifləri 22 aprel 2010-cu il tarixində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına istinad edirlər.
Həmçinin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyri-şərtsiz çıxarılması haqqında qərarların yerinə yetirilmədiyi vurğulanır.
Bununla yanaşı, məqalədə qeyd olunur ki, Pakistan Senatı nüfuzlu beynəlxalq təşkilatlarla bərabər Xocalı Soyqırımını tanıyan, bu cinayəti törədənləri məsuliyyətə cəlb edilməsini tələb edən qətnamə qəbul edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət