Azərbaycan xalqı heç zaman Xocalı soyqırımını unutmayacaq. Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı ermənilərin törətdiyi qanlı divanın qurbanlarının xatirəsi daim yaşayacaq. Bu barədə “Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bəyan edib.
“Bu günlərdə bütün ölkə Xocalı soyqırımının növbəti ildönümünü qeyd edir. Bununla əlaqədar, dövlət başçısının sərəncamı var. Bütün Azərbaycan xalqı həmin dəhşətli hadisələrdə həlak olanları ağrı ilə xatırlayır”, - deyə o cümə günü jurnalistlərə Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının müəllifi olduğu “Böyüməyən uşaqlar” adlı kitabının təqdimatında bildirib.
B.Səfərovun sözlərinə görə, həmçinin Xocalı soyqırımının növbəti ildönümünü Azərbaycandan kənarda da qeyd olunur. Azərbaycanın diplomatik missiyaları müxtəlif ölkələrdə Xocalı sakinləri üzərində kütləvi qırğın qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçirirlər.
O qeyd edib ki, Azərbaycan dövləti Xocalı soyqırımı, Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunduğu barədə həqiqəti dünya ictimaiyyətinə çatdıraraq, beynəlxalq arenada məqsədyönlü şəkildə təbliğat aparır.
“Son illər bu istiqamətdə “Xocalıya ədalət” kampaniyası fəal aparılır. Bu istiqamətdə məqsədyönlü fəaliyyətin nəticəsi olaraq bir sıra dövlətlərin parlamentlərinin, həmçinin ABŞ-ın ondan artıq ştatının qanunverici orqanları tərəfindən Xocalı şəhərinin dinc sakinləri üzərində ermənilərin qanlı divanını pisləyən, Xocalı soyqırımını tanıyan, o cümlədən Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğalını pisləyən qətnamə və qərarların qəbul edilməsi olub”, - deyə B.Səfərov vurğulayıb.
“Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin sədri qeyd edib ki, ölkə rəhbərliyi Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli nizamlanmasına nail olmaq, işğal olunan Azərbaycan ərazilərinin qaytarılması və milyonlarla azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulan hüquqlarının bərpası məqsədilə səylərini davam etdirəcək.
“Xocalı soyqırımını unutmaq olmaz. Biz heç zaman Azərbaycan xalqının qanlı tarix səhifəsini unutmamalıyıq. Biz elə etməliyik ki, gələcək nəsil hər zaman bunu xatırlasınlar. Gənc nəsillər azərbaycanlılara qarşı bu qanlı cinayət kim trəəfrindən törədildiyini bilməlidir. Xatırlamalıdırlar ki, ermənilər yüzlərlə və minlərlə azərbaycanlını diri-diri yandıraraq və dərilərini soyaraq vəhşicəsinə əziyyət veriblər”, - deyə B.Səfərov qeyd edib.
Birliyinin sədri bildirib ki, dinc azərbaycanlılara qarşı bu cür cinayətlər törədənlər qanlı hərəkətlərinə görə məhkəmə qarşısında cavab verməlidirlər “və yalnız bundan sonra Azərbaycan xalqı sakitləşəcək”.
B.Səfərov Türkiyənin bir neşə şəhərlərində Xocaklı soyqırımı qurbanlarına hısr olunan xatirə abidələrinin açılışını yüksək qiymətləndirib.
“Mən minnətdarlığımı bildirriəm və bizi dəstəkləyən, xalqımın acısına şərik olanlar qarşısında baş əyirəm”, - deyə o vurğulayıb.
İcmanın sədri qeyd edib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllinə böyük diqqət ayırır.
“Dövlətimiz, prezidentimiz hər azərbaycanlı vətəndaşın qayğısına qalır. Məcburi köçkünlər böyük mənzil problemləri ilə üzləşirlır. Bu məsələni qısa zaman ərzində həll etmək mümkün deyil. Ötən il 20 mindən artıq məcburi köçkün yeni mənzillərlə təmin olunub. Lakin onlar axı 20 min nəfər deyil, bir milyon təşkil edirlər”, - deyə B.Səfərov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə dair fəaliyyəti davam etdirəcək.
“Həmin problemlərin həllinə böyük vəsaitlər ayrılır, bu istiqamətdə iş davam etdirilir. ərazilərimizin 20%-i hələ də işğal altındadaır. Biz qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli üçün istifadə edə biləcəyimiz iri maliyyə vəsaitlərini ordumuzun gücünün artırılmasına sərf etməyə məcburuq”, - deyə B.Səfərov bildirib.
O qeyd edib ki, dövlət Xocalı soyqırımında hər iki valideynini itirən 25 uşağı xüsusi himayə altına götürüb.
“Azərbaycan prezidenti məcburi köçkünlər üşün məntəqlərin açılış mərasimlərində dəfələrlə bəyan edib ki, dövlərin əsas vəzifəsi işğal olunan ərazilərin qaytarılması və məcburi köçkünlərin oz evlərinə qayıtmasıdır”, - deyə B.Səfərov vurğulayıb.
Həmçinin tədbirdə kitabın müəllifi və Milli Məclisin deputatları çıxış ediblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət