Son günlər Ukraynada baş verən iğtişaşlarda Azərbaycan vətəndaşları xəsarət almayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın Kiyevdəki diplomatik missiyasının konsulluq məsələləri üzrə birinci katibi Asim Osmanov məlumat verib.
“Ukraynada qarşıdurmalar nəticəsində xəsarət alan və yaralananlar arasında heç bir nəfər də Azərbaycan vətəndaşı yoxdur. Xəsarət alan Azərbaycan vətəndaşları barədə səfirliyə rəsmi məlumat daxil olmayıb”, - deyə A.Osmanov bildirib.
Onun sözlərinə görə, həmçinin Azərbaycan vətəndaşları tərəfindən həyatlarının təhlükədə olması barədə diplomatik missiyaya heç bir şikayət daxil olmayıb.
“Doğrudur, Ukraynada baş verən hadisələrlə bağlı burada ali mətəblərdə təhsil alan və yataqxanalarda yaşayan azərbaycanlı tələbələrin valideynləri səfirliyə zəng edərək narahatlıqlarını bildirirlər. Biz həmin valideynlərə izah edirik ki, narahatlığa heç bir səbəb yoxdur. Əsas hadisələr Maydan ərazisində baş verir. Orada qarşıdurmalar davam edir. Kiyevin digər rayonlarında isə nisbi sakitlik müçahidə olunur. İnsanlar gündəlik həyatlarına davam etməyə çalışırlar”, - deyə A.Osmanov vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna paytaxtının müxtəlif yerlərində şəhər nəqliyyatı, o cümlədən, iki gün ərzində işləməyən metro normal qaydada fəaliyyət göstərir.
“Azərbaycanın Ukraynadakı səfirliyi ştat rejiminə uyğun işini davam etdirir. Diplomatik missiyanın əməkdaşları adi qaydada işə gəlirlər. Onlar üçün heç bir təhlükə yoxdur”, - deyə səfirliyin birinci katibi qeyd edib.
Iğtişaşlar zamanı yaralanan azərbaycanlı Anar Rzayev ilə bağlı sulıa şərh edərkən A.Osmanov bildirib ki, məsələni aydınlaşdırarkən müəyyən edilib ki, o Ukrayna vətəndaşıdır.
“Anar Rzayev Ukrayna vətəndaşıdır. O 1990-cı ildə anadan olub. Səfirliyə xəsarət alan şəxs barədə məklumat daxil olan kimi biz ona baş çəkməyə yollandıq. Müəyyən olunub ki, o Kiyevə Krivoy Roq şəhərindən gələrək qarşıdurmalarda iştirak edib. Özünü qənaətbəxş hiss edir. Ona zəruri tibbi yardım göstərilib. O, yəqin ki, Krivoq Roq şəhərinə geri qayıdacaq. Yəni, o Azərbaycan vətəndaşı deyil”, - deyə səfirliyin əməkdaşı vurğulayıb.
A.Osmanovun sözlərinə görə, Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlarına iğtişalraın müşahidə olunduğu yerlərdən kənarda durmağı tövsiyyə edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət