Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktor müavini, pedoqoji elmlər namizədi Ənvər Abbasovla müsahibə
-Təhsil Nazirliyinin bildirdiyi kimi, yaxın perspektivdə 12 illik təhsil sisteminə keçid başlanacaq.Yuxarı siniflər profilli olacaq.Bu islahatı həyata keçirmək üşün nə etmək lazımdır?
-Ən əvvəl qeyd etmək istərdim ki, islahat prosesi təhsilin bütün - məktəbəqədər, ümumtəhsil və ali təhsil- mərhələlərini əhatə edəcək.Təhsilin hər bir bəndində uşaqların yeni təlim standartlarına, təlimin müasir metodikalarının tətbiqinə və informasiya texnologiyalarına, pedoqoqların peşəkarlıq səviyyəsinin artırılmasına, nəzarət mexanizmlərinin istifadəsinə və təhsil prosesinin səmərəliliyinin qiymətləndirlməsinə aid olan bu və ya digər proqrlamlar həyata keçirilir.
Bu yeniliklərin məqsədəyğunluğu hər bir uşağın tərbiyəsini onun konkret qabiliyyəti, gələcək həyat trayektoriyasına mümkün olduqca yaxınlaşdırmaqdır.Bu mənada prinsipial yeni məktəb infrastrukturunun formalaşdırılması məhz bu tələblərdən irəli gəlir.
Xüsusi profilli orta məktəblər inkişaf etmiş ölkələrin əksəriyyətində geniş yayılıb.Bu ölkələrdə bu altı illik təhsildən sonra başlanılır.Profilli tədris uşağın əsl mahiyyətinə uyğun hərtərəfli inkişaf imkanı yaradır ki, bu həm böyük humanitar əhəmiyyətə malikdir,həm də ölkənin elmi informasiya texnologiyalarına keçidi dövründə cəmiyyətin tərəqqüqisində bir alət rolunu oynayır.Bu cəmiyyətdə uğur şəxsiyyətin kamilliyi və onun maksimal özünütəsdiq qabiliyyəti ilə müəyyən olunacaq.
Profilli tədrisə keçid üçün məktələrdə müvafiq proqramlar yaradılmalıdır, dərsliklər hazırlanmalıdır, fiziki, riyazi, təbii və elmi, humanitar, texnoloji, idman və incəsənət sahələrini əhatə edən əsas profillər müəyyən edilməlidir.Qeyd edim ki, bir profil üzrə təhsil o demək deyil ki, şagird digər fənləri öyrənməyəcək.Söhbət seçilmiş profildən asılı olaraq fənnlərdən bir qrupunun daha dərin və əsaslı şəkildə, digərlərinin kafi səviyyədə öyrənilməsindən gedir.
-Məktəbdə qiymətləndirmə sistemini necə görürsünüz?
- Təhsil sistemində şagirdlərin biliklərinin qiymətləndirilməsində üş model tətbiq edilir.Orta məktəblərdə bu beş ballıq qiymətləndirmə sistemidir.Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin test imtahanları üçün 700 ballıq sistemdən, ali məktəblərdə isə 100 ballıq qiymətləndirmə sistemindən istifadə olunur.Bizim ölkəmiz mürəkkəb sistemə malikdir.Burda təlim prosesi istisnasız olaraq biliklərin yoxlanılması və qiymətləndirlməsi ilə stimullaşdırılır.Deməliyəm ki, qiymət yazmaq o qədər də aktual deyil. “Əla”, “yaxşı”, “kafi” , “pis”, “çox pis” qiymətləndirmə sistemi şagirdlərin tədris proqramını nə dərəcədə dərin mənimsəmələrini , şagirdin bacarıqlarını real şəkildə əks etdirmir.
Bu sistemin mövcud olduğu illər ərzində həm mənfi, həm də müsbət təcrübələr qazanılıb.Bunu bu gün hamı bilir, lakin heç kim bir saat içində qiymətləndirmədən imtina edə bilməz.Demək şagirdlərin müvəffəqiyyət səviyyəsinin qiymətləndirilməsi üçün yeni texnologiyalar işləyib hazırlamaq lazımdır.
-Bütün məktəb təhsili dövrü ərzində fənlər üzrə semestr və ya yarımillik test imtahanları keçirmək olarmı?
Testlər biliklərin qiymətləndirilməsi üçün yeganə üsul deyil.Bəzi fənlər vardır ki, orda biliklərin qiymətləndirilməsi üçün digər metodlardan istifdə olunmalıdır.Rəsm, musiqi, bədən tərbiyəsi kimi fənlərin qiymətləndirilməsində hansı testlərdən istifadə etmək olar? Demək qiymətləndirmənin başqa formaları lazımdır.Yeri gəlmişkən, bu yaxınlarda qəbul edilmiş Azərbaycan Respublikasında Təhsilinin İnkişafı üzrə Dövlət Strategiyasında
şagirdərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün yeni qiymətləndirmə sistemlərinin yaradılmasının vacibliyi məsləsi əks olunub.
-Bununla əlaqədar olaraq ölkədə pedoqoji təhsil sistemi müasirləşdirilməlidirmi?
Ölkədə pedoqoji kadrların hazırlanması sistemi yaxın illərdə dəyişikliyə uğrayacaq.Pedoqoji internatura institutunun tətbiqi , yəni gənc müəllimlərin ali məktəbi başa vurduqdan sonra bir il internatura keçməsi nəzərdə tutulur.Gənc mütəxəssis internaturanı uğurla başa vurduqdan sonra ona müəllim dərəcəsi və diplom veriləcək.Bəzən gənclər bilikli olsalar da şagirdlərə bu bilikləri təlqin etmək üçün metodika , texnika və texnologiyaya malik olmurlar.Və müəllimdə olması vacib olan bütün bu cəhətlər belə hazırlıq prosesində qazanılır.Kadrların hazırlnaması nöqteyi nzərindən ali məktəbi bitrirən məzunun bir il ərzində məktəbdə təcrübə toplaması və yalnız bundan sonra işə başlamasına icazə verilməsi kadr hazırlığı baxımından çox vacibdir.
-Azərbaycanda ali məktəblərin geniş şəbəkəsi mövcuddur.Eyni zamanda bu məktəblərin məzunlarının əksəriyyəti ixtisası üzrə iş tapa bilmirlər.Bunun bir səbəbi- seçim və peşə hazırlığının təkmilləşməmiş sistemi, tələbənin gələcək peşəsinə həvəsinin az olması və s. ola bilər .Bəlkə ali məktəblərin sayını azaltmaq lazımdır?
-Universitetlərin sayını azaltmaq yox, müasir texnologiyalar tətbiq etməklə ali təhsil sistemini təkmilləşdirmək lazımdır.Bu gün ali təhsil müəssisələri öz proqrmları üzrə işləyirlər.Bu proqramlarda praktiki istiqamətlər çatışmır: daha çox seminar məşğlələr, treninqlər psixoloji kurslar keçilməlidir. Biz universitetləri müasir tədris və elmi bazaya malik, yüksək ixtisaslı kadr hazırlayan və elmi tədqiqat işləri ilə ölkə iqtisadiyyatının tələblərini ödəyən çoxprofilli müasir ali tədris müəssisələrinə çevirmədən onların səmərəliliyinə nail ola bilmərik.
Bu gün inkişaf etmiş ölkələrdə vətəndaşların mütləq əksəriyyəti ali təhsil alırlar.Bu baxımdan ən yüksək göstəriciyə Cənubi Koreya malikdir- bu ölkədə 25-34 yaş arası vətəndaşalrın 97%-i ali təhsillidir. Bu da dünyanın tərəqqi prosesində onların qabaqcıl mövqeyini təmin edir.Belə ki, keçmişə qayıtmaq yox irəliyə getmək xalq, dövlət və Azərbaycanın hər bir vətəndaşı naminə təhsil sistemini düşünülmüş şəkildə müasirləşdirmək lazımdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət