Azərbaycan və Ukrayna strategi tərəfdaşdır. Bununla əlaqədar Ukraynanın ərazi bütövlüyü və suverenliyi Bakı üçün mühüm əhəmiyyət kəsb edir. Bu barədə bazar ertəsi Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə bəyan edib.
“Ukraynanın ərazi bütövlüyü və suverenliyi Aərbaycanın ərazi bütövlüyü və suverenliyi qədər bizim üçün vacibdir. Bu prinsipial əhəmiyyət kəsb edir”, - deyə A.Əzimov qeyd edib.
O, hazırda Ukraynada baş verən hadisələrin Ukrayna xalqının maraqlarına xidmət etmədiyinə əmin oluğunu bildirib.
“Hesab edirəm ki, Ukraynada baş verənlər xalqın maraqlarına xidmət etmir. İqtisadi inkişaf və sabitlik əvəzinə qan tökülür”, - deyə A.Əzimov qeyd edib. Onun fikrincə, Ukraynada sabitliyi Mərkəzi Avropanın stabilliyinin ən mühüm amili kimi qiymətləndirmək lazımdır. “Düşünürəm ki, Ukrayna konkret olaraq qərb və ya birmənalı şəkildə şərq ölkələri sırasında ola bilməz. Bu qeyri-real görünür”, - deyə nazir maüvini vurğulayıb.
Onun sözlərinə görə, hansısa formada keçid dövrü olacaq, istənilən halda, gələcəkdə Ukraynanın strateji rolu Qərb və Şərq arasında körpü rolundan ibarət olacaq.
“Körpü rolunu həyata keçirmək məqsədilə, hər iki tərəf bu barədə düşünməlidir. Hazırki vəziyyətdə dar siyasi yanaşmalar qəbulolunmazdır”, - deyə nazir müavini bildirib.
Ukrayna hadisələrinə xaricdən müdaxilə məsələsinə toxunaraq A.Əzimov burada həm Qərbin, həm də Şərqin təsiri olduğunu qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət