Çərşənbə axşamı plenar iclasda Milli Məclisin deputatları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Xocalı soyqırımı XX əsrdə törədilən insanlığa qarşı ən böyük cinayətlərdən biri oldu”, - deyə Milli Məclisin spikeri Oqtay Əsədov bəyan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri parlamentin iclas zalından məlumat verib.
Spikerin sözlərinə görə, son illərdə Azərbaycan rəhbərliyi Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi məqsədilə dünya ictimaiyyəti, müxtəlif beynəlxalq təşkilatlar və dövlətlərin məlumatlandırılması üzrə məqsədyönlü iş aparır.
“Bu fəaliyyət nəticəsində Azərbaycana bu məsələ göstərilıən beynəlxalq dəstək ildən ilə güclənir. Bu günə Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Macarıstan, Panama, Qonduras parlamentləri, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assosiasiyası Xocalı şəhərinin dinc sakinlərinin kütləvi qətlini soyqırım kimi tanınmasına dair qərarlar qəbul ediblər. Rumıniya, Bosniya və Herseqovina, İordaniya parlamentləri, həmçinin ABŞ-ın təxminən 20 ştatı Xocalı faciəsini soyqırım kimi tanıyıb və dinc əhalinin kütləvi məhv edilməsi aktını pisləyiblər”, - deyə O.Əsədov bildirib.
Milli Məclisin spikeri həmçinin həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının səmərəliliyini qeyd edib.
“Əminik ki, heç bir cinayət cəzasız qalmayacaq və Xocalı soyqırımında günahkar olanlar cəzalandırılacaqlar. Əminik ki, gündən günə Azərbaycanın artan gücü Dağlıq Qarabağı və qonşu yeddi rayonu işğaldan azad etməyə kömək edəcək və Xocalı soyqırımında günahkar olan şəxslər cinayətkarlar ədalətli məhkəməyə cəlb olunacaqlar”, - deyə O.Əsədov qeyd edib.
“Azərbaycan xalqı Xocalıya ədalət tələb edir”, - deyə Milli Məclisin deputatı Asim Mollazadə öz növbəsində bəyan edib.
Onun sözlərinə görə, Xocalının dinc sakinlərinin qətliamında günahkar olan cinayətkarlar bu gün Ermənistanda sakit çalışırlar, bu ölkədə rəhbər vəzifələr tuturlar.
“Azərbaycan Xocalı soyqırımın törədilməsində günahkar şəxslərin beynəlxalq axtarışa elan etmək məqsədilə “İnterpol”a müraciət etməlidir. Biz Xocalı soyqırımın araşdırılması və günahkarların ədalətli məhkəməyə cəlb edilməsi məqsədilə hərbu tribunal yaratmaq zərurətinə dair BMT qarşısında məsələ qaldırmalıyıq. Ruanda, Srebrenitsedə törədilən bu cür hadisələr üzrə analoji məhkəmələr keçirilib. Xocalı soyqırımına siyasi deyil, hüquqi qiymət vermək lazımdır”, - deyə A.Mollazadə bildirib.
Deputat Qüdrət Həsənquliyev isə İran rəhbərliyinin Ermənistan ilə əməkdaşlıq siyasətini tənqid edib.
“Ermənistan Azərbaycanın 20% ərazisinin işğalını davam etdirdiyi bir vaxtda, Tehran İrəvan ilə siyasi, iqtisadi, hərbi və turizm sahələrində fəal əməkdaşlıq edir”, - deyə o qeyd edib.
Parlament üzvü həmçinin Ermənisatn-Azərbaycan münaqişəsinin nizamlanmasına dair sülh danışıqlarında vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunu ikili standartların tətbiqində ittiham edib.
“Ədalət naminə demək lazımdır ki, zamanında İrəvanın Azərbaycan ərazilərini işğalı ilə əlaqədar Türkiyə Ermənistanla sərhədlərini bağladı. Buna baxmayaraq, bu gün Türkiyə ilə Ermənistan arasında iqtisadi münasibətlər inkişaf etməyə davam edir. O cümlədən, Ankara Ermənistanla sərhədləri açmaq niyyətində idiş Azərbaycanın bu məsələyə dair tutduğu qəti mövqeyi sayəsində bu baş vermədi. Bu səbəbdən biz yalnız özümüzə ümid etməli və ordumuzu gücləndirməliyik”, - deyə Q.Həsənquliyev vurğulayıb.
Milli Məclisin digər deputatları da Xocalı soyqırımını pisləyən bəyanatlarla çıxış ediblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət