Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda “Mikromaliyyələşmə sektorunun inkişafı” layihəsinin həyata keçirilməsi üçün $0,6 mln. həcmində texniki yardım ayıracaq.Bu barədə bankın saytında məlumat verilir.
Texniki yardım bank olmayan kredit təşkilatlarına yardımın göstərilməsinə, o cümlədən miksrosığorta, pul köçürmələri və ödəniş xidmətləri, mikrolizinq kimi yeni xidmət sahələrinin tətbiqi üçün yönəldiləcək.
AİB hesab edir ki, BOKT-lar agentlər kimi daha geniş xidmət spektri təklif edə bilər.
AİB-in məlumatına əsasən, Azərbaycanda mikromaliyyələşmə üzrə bankların portfeli $1,4 mlrd, BOKT-ların portfeli $0,6 mlrd. təşkil edir.
Texniki yardım çərçivəsində maliyyə inteqrasiyasının və onunla əlaqədar normativ nəzarət islahatlarnın yol xəritəsinin işlənilməsi, Azərbaycan Mərkəzi Bankının personal qabiliyyətinin mikromaliyyə sektorunun fəaliyyətinin nəzarəti ilə artırılması, bu sahədə xidmət keyfiyyətinin yaxşılaşdırılması planlaşdırılır.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycana energetika, nəqliyyat, kənd təsərrüfatı, mənzil-kommunal təsərrüfatı, özəl sektorun inkişafı sahələrində layihələr üzrə $1,4 mlrd.-dan artıq məbləğdə kredit ayırıb. Hazırda Azərbaycanda layihələr üzrə aktiv kredit portfeli $1,2 mlrd. təşkil edir.
AİB 2014-2016-cı illərdə Azərbaycanda layihələrin maliyyələşdirilməsi üçün $610 mln. kredit ayırmağı planlaşdırır.Bundan başqa, 2014-2016-cı illərdə AİB Azərbaycandakı layihələrə texniki yardım üzrə $5,5 mln. vəsait ayırmağı nəzərdə tutur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət