Argentinanın hüquq-mühafizə orqanları bu ölkənin erməni icmasının Xocalı soqyırımının 22-ci ildönümünə həsr olunan tədbirin keçirilməsinə mane olmaq cəhdinin qarşısını alıblar. Bu barədə çərşənbə axşamı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
24 fevral tarixində Azərbaycanın Argentinadakı Səfirliyi və La Plata Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutundakı Azərbaycanşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə Xocalı soqyırımının 22-ci ildönümü münasibətilə “Ermənistan-Azərbaycan münaqişəsi və onun nizamlanmasının regiondakı vəziyyətə təsiri” mövzusunda seminar keçirilib.
Məlumatda bildirilir ki, tədbirin başlanmasından öncə Argentina erməni icmasının nümayəndələri səfirliyin qarşısına toplaşaraq tədbirə gələn şəxslərin binaya girişinə mane olmağa çalışmış, tədbirin iştirakçılarının ünvanına təhqiramiz ifadələr səsləndirmiş, habelə Səfirliyin əməkdaşlarına zor tətbiq etməyə cəhd göstəriblər. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində erməni icmasının təxribatının qarşısı alınıb. Tədbirə mane olmaq cəhdlərinin faydasızlığını görüncə erməni icmasının nümayəndələri 26 fevral tarixində Azərbaycan səfirliyinin qarşısında növbəti aksiyaya toplaşacaqlarını bəyan edərək uzaqlaşıblar.
Tədbirdə çıxış edən Azərbaycanın səfiri Məmməd Əhmədzadə münaqişənin kökləri, Ermənistanın təcavüzünün nəticələri, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlər, münaqişənin nizamlanmasına dair Bakının mövqeyi barədə məlumat verib.
Həmçinin diplomat Azərbaycanın regionun inkişafına verdiyi töhfələr və respublikanən təşəbbüskarı olduğu strateji layihələr haqqında söz açıb.
Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı xüsusi hazırlanmış materiallar paylanılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət