Xocalıda dinc əhali üzərində qanlı cinayət törətmiş insanlar beynəlxalq hüquq çərçivəsində mühakimə olunmalıdırlar.Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun rəhbəri Aytən Mustafayeva Bakıda “Leyla Əliyeva: Xocalıya ədalət” kitabının ikinci cildinin təqdimat mərasimində belə bildirb.
“Bu məsələ ilə əlaqədar Beynəlxalq məhkəməyə müraciət etmək üçün biz hüquqi baxımdan çox ciddi hazırlaşmalıyıq” ,- deyə A.Mustafayeva qeyd edib
Onun sözlərinə görə, Xocalı əhalisinə qarşı törədilən terror- ermənilər tərəfindən tutulan ilk divan deyil. Azərbaycanın digər regionlarında da bənzər faktlarla qarşılaşmaq olar.
“Xocalıya ədalət” kampaniyası dünyanın 50 ölkəsində, o cümlədən Rusiyada uğurla həyata keçirilib. Rusiya kimi ölkənin gözlərini açmaq L.Əliyevanın qazandığı böyük qələbədir”, - deyə o bildirib.
A.Mustafayeva həmçinin, bildirib ki, hazırda kitabın üçüncü cildi üzərində hazırlıq işləri başa çatmaq üzrədir. Kitab kampaniyanın keçirildiyi beş il müddətində həyata keçirilmiş işləri əhatə edir.
“Kitab bir çox xarici dillərə tərcümə olunacaq vəAzərbaycandakı xarici diplomatik missiyalara təqdim olunacaq”, - deyə o əlavə edib.
Təqdimat mərasimində çıxış edən Ağsaqqlar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov qeyd edib ki, Azərbaycan vətəndaşları harda olmasından asılı olmayaraq Xocalı qurbanlarının xatirəsini yad etməlidir.
“Bu kitab Ermənilər haqqında həqiqətləri üzə çıxaracaq və Azərbaycan haqqında yalanların yayılmasının qarşısını alacaq”, - deyə o bildirb.
“Azərbaycan torpaqlarında qanlı qətliyam törətmiş cinayətkarlar vicdan qanunları ilə cəzalandırılacaqlar”, - deyə parlamentin vitse-spikeri Bahar Muradova öz növbəsində bildirib.
“Ümid edirəm ki, ölkəmizin gələcək nəsilləri heç bir zaman belə dəhşətlər görməyəcəklər və onlar bu kimi münasibətlərlə bir araya gəlməyəcəklər”, - deyə o vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət