Ermənilərin Xocalı şəhərində dinc sakinlərə qarşı törətdikləri cinayətlərin araşdırılması üçün xüsusi tribunalın yaradılması vacibdir.
Bu fikirləri Moldovanın Parlament Vəkili (Ombudsman) Aurelia Qriqoriu söyləyib.
“Xocalıda soyqırımı törədənləri cinayət məsuliyyətinə cəlb etmək üçün Yuqoslaviyadakı soyqırımı ilə bağlı tribunal kimi, xüsusi bir tribunalın yaradılması məqsədəuyğundur”,- deyə A. Qriqoriu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında ombudsman Elmira Süleymanovanın təşkilatçılığı ilə Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib. Bu barədə Azərbaycan Ombudsman Aparatının mətbuat xidməti məlumat verir.
O, Azərbaycanın belə bir tribunal yaradılması təşəbbüsü ilə çıxış etməsinin, sağ qalan xocalıların şahidliyi ilə bu qanlı hadisənin əsl mahiyyətinin açılmasının zəruriliyini vurğulayıb.
A.Qriqoriu soyqırımı aktının BMT tərəfindən bəşəriyyətə, insanlığa qarşı cinayət kimi tanındığını, odur ki, Xocalı faciəsinin hamımızın faciəsi olduğunu vurğulamışdır. O, bu insanlıq faciəsi barədə çoxlarının məlumatsız olduğunu, Ermənistan parlamentindəki çıxışından sonra müxtəlif ölkələrdən olan iştirakçıların ona yaxınlaşaraq Xocalı gerçəkliklərini açıq-aşkar dilə gətirdiyinə görə minnətdarlıq etdiklərini bildirib.
O Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu və ermənilər tərəfindən işğal edildiyini qeyd edib.
A.Qriqoriu 1905-сi ildən etibarən azərbaycanlılara münasibətdə ermənilər tərəfindən tətbiq olunan soyqırımlarının öyrənilməsi üzrə beynəlxalq ekspertlərin iştirakı ilə Qubada tədbirlər keçirilməsini, onların burada yaradılmış “Soyqırımı Memorial Kompleksi” ilə tanış olmasını təklif edib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan - 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət