Azərbaycanda yaxın 10 ilə yaradılması planlaşdırılan yeni snaye müəsisələrinin sayı 500-ü ötəcək. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev qeyd edib.
“Azərbaycan sənaye potensialından maksimal dərəcədə istifadə etməyə imkan verən zəngin təbii resurslara malikdir. Yalnız Gəncə-Daşkəsən zonasında mövcud olan xammal bazası yeni sənaye müəssisələri və texnoparkların yaradılması üçün kifayətdir”, - deyə birliyin mətbuat xidmətinin yaydığı M.Babayevin məqaləsində bildirilir.
O qeyd edib ki, Gəncə, Mingəçevir şəhərlərində, Bakının Qaradağ və Pirallahı rayonlarında müasir sənaye şəhərciklərinin yaradılması planlaşdırılır.
M.Babayev vurğulayıb ki, İqtisadiyyat və Sənaye Nazirliyinin proqnozlarına əsasən, yaxın 10 ildə Azərbaycanda 500-dən artıq yeni sənaye müəssisəsi yaradılacaq.
İB-nin rəhbəri həmçinin qeyd edib ki, son illər ərzində Sumqayıtda yeni sənaye müəssisələri fəaliyyətə başlayıb, Sumqayıt Texnoparkı istifadəyə verilib, Sumqayıt Kimya Sənaye Parkı yaradılır.
M.Babayev bildirib ki, hazırda SOCAR şirkəti Sumqayıtda "Azərikimya"nın istehsalat qurğularının modernləşməsinə yönələn layihələr həyata keçirir. Bununla yanaşı, yeni müəssisələrin yaradılması üzsrə işlər həyata keçirilir. Xüsusilə, illik 200 min ton propilen və yüksək qalınlığa malik 100 min ton polietilen istehsal sahələrinin tikintisinə başlanılıb. Bundan başqa, SOCAR illik 650 min ton gücə malik Sumqayıtda karbamid zavodunun tikintisinə başlayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət