Təhsil Nazirliyi Bakı məktəbliləri arasından beynəlxalq fənn olimpiadalarında iştirak edəcək xüsusi istedadlı şagirdləri seçir.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyindən məlumat verilib.
Bakı şəhərindəki ümumtəhsil məktəblərində təhsil alan istedadlı şagirdlərin riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə seçim turu keçirilib. Seçim turunu keçirməkdə əsas məqsəd istedadlı şagirdlərin aşkara çıxarılması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsini təmin etməkdən ibarətdir.
Seçim turunda riyaziyyat fənni üzrə 659 nəfər V-X, fizika fənni üzrə 215 nəfər VIII-X, kimya fənni üzrə 199 nəfər VIII-X, biologiya fənni üzrə 210 nəfər VI-X, informatika fənni üzrə 235 nəfər VI-Xsinif şagirdi olmaqla, ümumilikdə, 1518 nəfər iştirak edib.
Seçim turunun tapşırıqları fənn olimpiadaları üzrə münsiflər heyətinin sədr və məsul katibləri tərəfindən hazırlanıb.
Seçim turunda daha yaxşı nəticə göstərən şagirdlər arasında təkrar (ikinci) seçimin aparılması nəzərdə tutulub. Ən yüksək nəticə nümayiş etdirən şagirdlər beynəlxalq fənn olimpiadalarında Azərbaycanı təmsil edəcəklər .
Həmin şagirdləri beynəlxalq olimpiadalara ali məktəblərin müəllimləri hazırlaşdıracaqlar .
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət