2013-cü ildə polis orqanlarının fəaliyəti ilə bağlı Azərbaycan Ombudsmanının Aparatına 1840 şikayət daxil olub. Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova çərşənbə axşamı Milli Məclisdə ötən ilin yekunları üzrə hesabatla çıxışı zamanı bəyan edib.
Şikayətlər, əsasən polis idarə və şöbələrinin təhqiqat və istintaq bölmələrində ibtidai araşdırmanın qeyri-obyektiv aparılması, müraciət hüququnun pozulması, polis əməkdaşlarının vətəndaşlarla münasibəti ilə bağlı olub.
Ombudsman Aparatına daxil olan müraciətlər əsasında daxili işlər orqanlarına 521, o cümlədən Daxili İşlər Nazirliyinə və onun baş idarələrinə 347, onun tabeli və yerli orqanlarına 174 sorğu göndərilib.
Müraciətlərin araşdırılması prosesində bir sıra halda polis orqanlarının müvafiq vəzifəli və səlahiyyətli şəxsləri tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarların qəbul edilməsi kimi hallar müəyyən edilib.
Bu istiqamətdə aparılan iş əsasında, Ombudsman tərəfindən Daxili İşlər Nazirliyinə göndərilmiş 203 müraciətin araşdırılması nəticəsində təsdiq olunmuş faktlar üzrə vətəndaşlara qarşı kobud rəftara, qanunda nəzərdə tutulmuş müddətdən artıq polisdə saxlama və istintaq orqanına vaxtında təhvil verməməyə görə 25 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 4 əməkdaş daxili işlər orqanından xaric edilib, 4-ü tutduğu vəzifədən azad olunub, 17-si barədə isə intizam tənbehi tətbiq edilib.
Hesabatda vurğulanır ki, Ombudsmanın müraciəti əsasında ötən il insan hüquq və azadlıqlarının pozulması ilə bağlı Daxili İşlər Nazirliyinə daxil olmuş və təsdiq olunmuş 252 fakt üzrə 341 əməkdaş intizam məsuliyyətinə cəlb edilib (onlardan səkkizi əsassız cinayət məsuliyyətinə cəlb etmə, 118-i vətəndaşlarla kobud rəftar, 63-ü polisə əsassız gətirmə və saxlama, 43-ü sürücülərin hüquqlarının pozulması, 5-i əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 15-i isə digər faktlar). Onlardan 33 nəfəri daxili işlər orqanlarından xidmətdən xaric edilib, 21 əməkdaş tutduğu vəzifədən azad edilib, 287 əməkdaş barəsində isə digər intizam tədbirləri görülüb.
Dövlət yol polisinin əməkdaşları ilə bağlı Ombudsmana daxil olan 134 müraciətdə bir sıra əməkdaşlar tərəfindən sürücülərlə kobud rəftar halları, onlara qarşı qeyri-etik münasibət, qanun pozuntularına yol verilməsi, pozuntunun sənədləşdirilməməsi, rüşvət halları öz əksini tapıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət