Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqqlarının vəziyyətinə dair hesabatını qərəzli və faktları saxtalaşdıran adlandırıb.
“ABŞ Dövlət Departamentinin insan haqqlarının vəziyyətinə dair hesabatının Azərbaycana həsr olunan hissəsi ikili standartlara əsaslanır və qərəzlidir”, - deyə S.Novruzov çərşənbə axşamı Milli Məclisin növbəti plenar iclasında vurğulayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri parlamentin iclas zalından məlumat verib.
“Bu sənədi diqqətlə oxuyanda görürsən ki, onlar 10-15 il əvvəlki kimi, yalnız öncə yazılanların surətini çıxararaq və nə vaxtsa dərc olunanı təkrarlayaraq eyni məsələlər barədə yazırlar”, - deyə parlament üzvü qeyd edib.
Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin hesabatında yalnız bir dəfə Azərbaycan ərazilərinin işğalı barədə qeyd edilir.
“O da, hesabatda qeyd olunur ki, Azərbaycanın Dağlıq Qarabağ və yeddi rayonu hələ də erməni separatçılarının köməyi ilə işğal altında saxlanılır. Yəni, orada işğalın Ermənistan tərəfindən dəstək göstərilməsi nəticəsində dəstəkləndiyi yazılmır. Belə alınır ki, Dağlıq Qarabağ özü Azərbaycan ərazilərini işğal edib. Erməni separatçıları isə onlara bunda yardım ediblər”, - deyə S.Novruzov vurğulayıb.
Parlament üzvü həmçinin Dövlət Departamentini Azərbaycanda insan haqqları və azadlıqların təminatının qiymətləndirilməsi zamanı böhtandan istifadə etməkdə ittiham edib.
“Digər tərəfdən, Dövlət Departamenti hesabatda Azərbaycanda insan haqqları təminatı ilə bağlı vəziyyət barədə yazarkən erməniyönümlü şəxslərin böhtan və yalan dolu nəşrlərindən istifadə edir. Bu cür standartları rəhbər tutanda, digər yerlərdə müxtəlif mənfi proseslər baş verir”, - deyə hakim partiyanın üzvü bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistanda keçirilən prezident seçkiləri biri-biri ilə müqayisə etmək olmaz.
“Azərbaycanda seçkilər azad, demokratik, ədalətli şəkildə keçirilib. Ermənistanda isə seçkilər atəş, qətl, prezidentliyə namizədə qarşı terror aktı ilə müşayiət olunub. Lakin, hesabatda bu barədə heç nə yazılmayıb. Onlar yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun yazdığından istifadə edirlər”, - deyə S.Novruzov vurğulayıb.
“Bütün bunları aşağıdakı kimi xarakterizə etmək olar. Bizdən xoşları gəlmir”, - deyə Milli Məclisin sədri Oqtay Əsədov məsələyə münasibət bildirərkən bəyan edib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən tələbləri Azərbaycan yerinə yetirdikcə, həmin təşkilatlar ikinci, üçüncü və s. sahələrdə yeni tələblər uydururlar.
“Biz zor gücü ilə onları başqa cür düşünməyə vadar edə bilmərik. Bu məsələləri tənzimləyəcək zaman gərəkdir. Gözləmək lazımdır”, - deyə O.Əsədov vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət