“Sənaye məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitə (TK) 2014-cü ilin sonuna kimi 20 milli standart hazırlamağı planlaşdırır. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov çərşənbə günü Texniki Komitənin təqdimatında bəyan edib.
“TK-nın 2014-cü il üçün fəaliyyət planı artıq təsdiq olunub. Plana əsasən, cari ildə elektrik kabelləri, güc kabelləri, gəmilər üçün elektrik avadanlığını idarəetmə sistemi, drenaj sistemləri üçün polimer borular sistemi və s. ilə əlaqədar 20 milli standart layihəsinin hazırlanması planlaşdırılır”, - deyə R.Həsənov bildirib.
O qeyd edib ki, ümumilikdə TK-nın fəaliyyəti “Sumqayıt Texnologiyalar Parkı” MMC-də istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artırılmasına yönələcək. “İstehsal olunan məhsulların rəqabət qabiliyyətinin artması ixrac potensialının yüksəlməsinə də təsir göstərir”, - deyə o bildirib.
R.Həsənov vurğulayıb ki, Texniki Komitənin tərkibinə “Sumqayıt Texnologiyalar Parkı” MMC və Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə yanaşı, “Polimer məmulatların standartlaşdırılması”, “Elektrik məmulatların standartlaşdırılması”, “Tikinti materiallarının, dəmir-beton məmulatlarının və metal konstruksiyaların standartlaşdırılması” və “Maşınqayırma” üzrə dörd Alt Komitə daxildir.
Nazirlər Kabinetinin şöbə müdiri Səyyad Kərimov metallurgiya sahəsinin fəal inkişafını nəzərə alaraq bu istiqamətdə daha bir Alt Komitə yaratmağı təkif edib.
“Bundan başqa, “Maşınqayırma” üzrə Alt Komitə neft maşınqayırmasının inkişafına böyük diqqət ayırmalıdır”, - deyə Nazirlər Kabinetinin nümayəndəsi əlavə edib.
Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib ki, 30 təşkilat TK ilə əməkdaşlığa cəlb olunub. “Qarşımızda sıralarımızı genişləndirmək, həmçinin qeyri-hökumət təşkilatları və s. ilə əməkdaşlıq qurmaq məqsədi durub”, - deyə S.Abdullayev söyləyib.
İnstitutun direktoru onu da qeyd edib ki, TK regional və beynəlxalq səviyyədə əməkdaşlıq qurmaq niyyətindədir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət