Azərbaycan dövləti dini icmalara nəzarət etsə də, onların işlərinə qarışmır. Bu barədə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəyan edib.
“Azərbaycan dövləti və müvafiq dövlət strukturları bu və ya digər dərəcədə bütün dini icma və qurumların işlərinə qarışmadan onlara nəzarət edir. Onların fəaliyyətində milli maraqlara və dövlətin təhlükəsizliyinə birbaşa təhdid yaranmayana qədər onların işlərinə müdaxilə olunmur”, - deyə Ə.Həsənov cümə günü Mətbuat Şurasının “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda təşkil etdiyi konfransda bildirib.
Onun sözlərinə görə, dövlət bütün proseslər kimi, dinlə bağlı məsələləri də nəzarət altında saxlayır.
“Bu gün Azərbaycanda normal dini mühit mövcuddur. Ölkədə dini radikalizmlə bağlı dözülməz vəziyyət və ciddi problemlər yoxdur”, - deyə o qeyd edib.
O deyib ki, dini etiqad azadlığı və missionerlik fəaliyyəti müasir dövrün ən aktual məsələlərindəndir.
“Məlum olduğu kimi, bu mövzu hər zaman aktual olub. Son 5 ildə dünyada baş verən proseslər də bunu sübut edir. Misir, Liviya, Suriyada baş vermiş məlum proseslərdə dini, etnik, siyasi məsələlər və missionerlik fəaliyyəti hər zaman ön plana çıxıb. Hətta bu gün Ukraynada baş verən proseslərdə milli, dini və sosial-etnik məsələlər bəzi dövlətlərin və beynəlxalq təşkilatların fəaliyyətində başlanğıc nöqtə kimi istifadə olunur”,- deyə Ə.Həsənov vurğulayıb.
Onun sözlərinə görə, destruktiv qüvvələr çirkin metodlardan istifadə edərək dövlətə qarşı çıxır, dövlət strukturlarını və siyasi rejimləri devirir, yeni rejimlərin yaradılması üzrə addımlar atırlar.
“Bütün bunlar ona gətirib çıxarır ki, dini etiqad azadlığı, missioner fəaliyyəti amili günümüzün aktual mövzusudur və Azərbaycan KİV-ləri bu məsələni diqqət mərkəzində saxlamalıdırlar”, - deyə şöbə müdiri vurğulayıb.
Ə.Həsənov qeyd edib ki, dövlətin gücü yalnız qüdrətli orduda, inkişaf etmiş iqtisadiyyatda, büdcədə deyil, həmçinin vətəndaşlarının birliyində, onların vahid ideya ətrafında birləşməsində, daxildən və xaricdən gələn və milli maraqlara yönəlmiş təxribatlara qarşı möhkəm immunitetin mövcudluğundadır.
“Bu nöqteyi-nəzərdən böyük dövlət olmayan Azərbaycan mövcud insan resurslarından istifadə etməli, xalqın vahid ideya ətrafında birləşmək arzusuna, xalqın birliyinə söykənməlidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, siyasətimizin əsasında Azərbaycan xalqı dayanır. Biz gücümüzü xalqdan alırıq",- deyə o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda öz fəaliyyətində digər dini qurumların hüquqlarına hörmət göstərməyən, qanunun tələb və normalarına əməl etməyən dini icmalar, cərəyanlar və təşkilatlar var.
“Belə insanlar və təşkilatlar başqalarına nifrət aşılamağa və onların fəaliyyətinə mane olmağa çalışırlar, bildirirlər ki, bu və ya digər dini icma və məsciddə namaz lazımi qaydada qılınmır, Quranın ayələri düzgün təfsir edilmir. Qarşıdurma və nifrəti təbliğ edən bu cür hərəkətlər cinayət sayılır və KİV-lər bü cür hallara qarşı mübarizə aparmalıdırlar”,- deyə Ə.Həsənov vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət