Azərbaycanın informasiya agentliklərinin xəbər lentlərində erməni təcavüzündən zərər çəkmiş məcburi köçkün ailələrinin ilin əvvəlində yeni mənzillərə köçmələri barədə məlumatlar yer alır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq
əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru Elçin Qədimov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində ötən il bu sahədə görülən işlər və cari ildə cəmiyyətimizin ən zəif təbəqəsinin normal həyat şəraitinin təmin olunması məqsədilə nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
- Erməni təcavüzü nəticəsində doğma torpaqlarını itirmiş həmvətənlərimiz üçün ötən il nə ilə əlamətdar olub?
- Biz onları məcburi köçkün, beynəlxalq təşkilatlar isə başqa yerə köçürülmüş şəxsər adlandırır. Ölkə rəhbərliyi Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində doğma evlərini tərk etmək məcbuiriyyətində qalan insanların əziyyətini yüngülləşdirmək üçün əlindən gələni edir. İlk növbədə, onlar üçün ev inşa edir. Təkcə ötən il 5741 ailə və ya 28700 qaçqın və məcburi köçkünün mənzil-kommunal şəraiti yaxşılaşdırılıb, bu isə bundan əvvəlki illə müqayisədə 20%-dən bir qədər çoxdur. İl ərzində ümumi sahəsi 292 min kvadratmetr olan 6 yeni yaşayış kompleksi, həmçinin 2737 şagird yerlik 5 məktəb inşa olunub. İstismar müddəti başa çatan fin tipli 16 qəsəbədən 12-si ləğv olunub. Qalanları isə yeni qəsəbələr salındıqca ləğv ediləcək. Yataqxanalarda və Bakının digər obyektlərində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün yaşayış massivinin təməlinin qoyulması üçün texniki şərtlər artıq əldə olunub. Yaşayış massivi Abşeron rayonunun Qobu bələdiyyəsi tərəfindən ayrılan 500 hektar ərazidə yerləşəcək. Lakin qeyd etmək lazımdır ki, son illər olduğu kimi, ötən 2013-cü il yeni mənzillərə köçmə ilə xarakterizə olunub. Həmin insanlar üçün harada və neçə kvadratmetr mənzil sahəsinin inşa olunduğunu sadalamaq mümkün deyil. Ancaq belə demək mümkündürsə, ötən il məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işdə son akkord olan bir fakt barədə məlumat verəcəyəm. Ötən il dekabrın 24-də Gəncə şəhərində min beş yüz məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binaları kompleksinin istifadəyə verilməsi mərasimi keçirilib. Bu, 25 hektar sahədə yerləşən şəhərcikdir. Həm də hər biri min beş yüz mənzildən ibarət 25 beşmərtəbəli binanın hər biri ən müasir tələblərə cavab verir. Ailə tərkibindən asılı olaraq paylanan bir, iki, üç və dördotaqlı mənzillər var. Burada kompüter avadanlığı ilə təchiz edilmiş 1200 şagirdlik məktəb, uşaq bağçası, musiqi məktəbinin də olduğu mədəniyyət sarayı, inzibati bina, tibb məntəqəsi, ATS fəaliyyət göstərir... Bir sözlə, normal həyat üçün lazım olan hər cür şərait var. Fevralın sonuna kimi indiyədək Gəncənin ali və orta ixtisas məktəblərinin yataqxanalarında yaşayan Kəlbəcər, Fizulu, Ağdam, Cəbrayıl və digər rayonlardan olan məcburi köçkünlər bu qəsəbəyə köçəcəklər. Prezident İlham Əliyev məcburi köçkünlərin həyatı ilə bağlı digər tədbirlərdə olduğu kimi, kompleksin istifadəyə verilməsi mərasimində də iştirak edib. Prezident il ərzində 760 məcburi köçkün ailəsinin mənzil aldığı Abşeron rayonu Masazır qəsəbəsində, 502 ailənin rahat mənzillərə köçdüyü Mingəçevirdə, 15 beşmərtəbəli yaşayış binasının inşa olunduğu Bərdə rayonunda mənzillərin istifadəyə verilməsi mərasimlərində iştirak edib. Bu insanlar üçün dövlət başçısının diqqəti çox vacibdir. Çünki onlar bu qayğını gördükdə özlərinin talesizliyini daha az hiss edirlər. Bizim hər birimizin xatirindədir, bir dəfə prezident öz ad günündə məcburi köçkünlərin yanına gələrək onlara dedi: “Ad gününü ailə ilə birlikdə qeyd edirlər. Siz mənim ailəmsiniz. Mən də sizin yanınıza gəlmişəm”.
- Ailələri yeni evlərə haradan köçürürlər?
- Sizə məlumdur ki, erməıni təcavüzü nəticəsində evsiz qalan insanlar ən az şəraitin belə olduğu hər yerdə yerləşdirilmişdi – inzibati binalarda, yataqxanalarda, müxtəlif təsərrüfat tikililərində və s. Lakin sözsüz ki, bunlar zəruri standartlara cavab vermirdi. Ötən il ərzində əhalinin bu kateqoriyasına mənzillərin verilməsi nəticəsində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanaları, Bakının 9-cu mikrorayonunda Təcili Tibbi Yardım Stansiyasının tikilib qurtarmamış binası, Mingəçevirdə fin tipli evlər və məktəblər və bu insanların müvəqqəti sığınacaq yerlərinə çevrilən bir çox digər obyektlər boşaldılıb. Gələcəkdə də belə olacaq: məcburi köçkünlər normal şəraiti olan evlərə köçəcəklər, boşaldılan binalarda isə təmir işləri aparılacaq, bəziləri söküləcək. Bu isə, öz növbəsində ilk öncə şəhər və regionlarmızın görünüşünə təsir göstərəcək.
- Məcburi köçkünlərin mənzillə təmin olunması Dövlət Komitəsinin işinin yalnız bir hissəsidir?
- Bu, heç də yeganə vəzifəmiz deyil. Yalnız evlər deyil, həm də zəruri infrastruktur istifadəyə verilib - məktəblər, mədəniyyət sarayları, uşaq bağçaları, tibb obyektləri, klublar, icma mərkəzləri, inzibati binalar, yollar, elektik ötürücü xətləri, transformator və yüksək voltlu yarımstansiyalar, su və qaz magistralları, istilik təchizat sistemləri və s. Ötən il bu məqsədlərə Dövlət Neft Fondundan 300 mln. manat, dövlət büdcəsi və investisiyalar hesabına – daha 68 mln. manat ayrılıb, bu isə 2003-cü ildə olduğundan 18 dəfə çoxdur. Adətən KİV ictimaiyyətə məcburi köçkünlər üçün yeni evlərin istifadəyə verilməsi barədə məlumat verir. Dövlət isə hələ kommunal xidmətlərin ödənilməsi, qida üçün vəsaitin ayrılması (ötən il köçkünlər bankomatlar vasitəsilə 113,4 mln. manat alıblar), soba yanacağı ilə bağlı böyük xərclər çəkir. Əvvəllər büdcə müəssisələrində, təşkilatlarda çalışan və onlardan asılı olmayan səbəblərdən iş yerlərindən məhrum olan və işlə təmin olunmayan 11 mindən artıq məcburi köçkünə orta aylıq əmək haqqının verilməsi müddəti 1 yanvar 2015-ci il tarixinədək uzadılıb. Bir rəqəm qeyd edəcəyəm: ötən il hər bir məcburi köçkünün müavinət və kommunal xidmətlərinə 1100 manat xərclənib. Bu, analoji münaqişə zonalarında vəziyyətlə müqayisədə dünyada ən yüksək göstəricidir. Sözsüz ki, fəaliyyətimizin prioritetlərindən daha biri məşğulluq probleminin həllidir. Bunun nə dərəcədə uğurlu olduğunu 2003-cü ildə məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsinin 75%-dən indiki 15%-dək azalmasına əsasən söyləmək olar. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun strukturları ilə birgə işimiz nəticəsində 2 mindən artıq şəxs daimi iş, 4,5 minə yaxın şəxs mövsümi işlə təmin olunub, təxminən 500 nəfər peşə hazırlığı kurslarına göndərilib, 200-ə yaxın şəxs ictimai işlərə cəlb edilib və s. Bundan başqa, dövlət həmin şəxslərə orta və kiçik sahibkarlıq səviyyəsində bizneslə məşğul olmağa kömək edir. Ötən il ərzində Dünya Bankı ilə ölkəmiz arasında kredit sazişi çərçivəsində ümumi dəyəri 2,58 mln. manat olan 30-dan artıq icma mikrolayihəsi həyata keçirilib. Onların reallaşdırılmasından 16 min nəfər fayda görüb.
- Gəncə kompleksi ötən il istifadəyə verilən son layihə olduğu üçün maraq kəsb edir?
- Həm də bu səbəbdən. Lakin mühüm olan başqa məsələdir. Gəncədə istifadəyə verilən kompleks son iyirmi il ərzində inşa edilmiş ən iri kompleksdir. Bu müddət ərzində isə bu cür tipli 82 qəsəbə inşa edilib. Düşünürəm ki, bu iki onillik ərzində nə qədər iş görüldüyü barədə danışmağa ehtiyac yoxdur, xüsusilə də ölkə üçün asan olmayan ilk illər ərzində. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,4 mlrd. manat vəsait xərclənib. Baxmayaraq ki, bu vəsaitin böyük hissəsi – 84%-i son onilliyin payına düşür.
- Cari il üçün nə nəzərdə tutulub?
- Əhalinin bu kateqoriyası üçün bu cür şəhərciklərin tikintisi adi hala çevrilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında 2013-cü ildə ölkənin onlar üçün etdiyinə yekun vurub. “20 min köçkün yeni ev və mənzillərdə yerləşdirilib”, - deyə vurğulayan dövlət başçısı gələcək vəzifələri qeyd edib: “Bu il, həmçinin ən azı 20 min köçkünün yeni evlərə köçürülməsi planlaşdırılır. Faktiki olaraq il ərzində biz bütöv şəhər yaradırıq və bu siyasəti davam etdirəcəyik. Çünki ağır şəraitdə məktəblərdə, uşaq bağçalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda yaşayan kifayət qədər çox sayda köçkün var. Bu proses artıq başlayıb və davam etdiriləcək”.
- Bu, özünü konkret olaraq nədə göstərəcək?
- Gələcək mənzillərin təməli artıq ötən il qoyulub. Bakının Qaradağ rayonunun Müşviqabad və Ümid qəsəbələrində məcburi köçkünlər üçün yaşayış obyektlərinin tikintisi başa çatır. Ölkənin digər altı rayonunda 2 mindən artıq ailə üçün mənzillərin tikintisinə başlanılıb. Daha bir neçə şəhər və rayonda təxminən 3,5 min məcburi köçkün ailəsi üçün yaşayış komplekslərinin inşası üzrə layihə-smeta sənədləri hazırlanır. Bakının yataqxanaları və digər müvəqqəti sığınacaq yerlərində, Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində yerləşdirilən məcburi köçkünlər üçün yaşayış massivinin tikintisi məqsədilə 500 hektar torpaq ayrılıb. Fin evlərində yaşayan ailələr köçürüləndən sonra bu qəsəbələrin gələcəkdə ləğv olunması davam edəcək. Məktəb binalarında, Müdafiə Nazirliyinə məxsus evlərdə yerləşdirilən ailələr normal məzillə təmin olunacaqlar.
Təsdiq edilmiş Dövlət İnvestisya Proqramına əsasən, cari ildə dövlət büdcəsindən ayrılan vəsait hesabına Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik bir sıra layihələr həyata keçirir. Yaxın vaxtlarda onların reallaşdırılması üçün nəzərdə tutulan 46 mln. manat vəsaitin ayrılmasına başlanacaq. Bu vəsait hesabına layihələrin bir hissəsi başa çatdırılacaq və digər layihələrin icrasına başlanacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət