2013-cü ilin yekunları üzrə Azərbaycan və RF-nin Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsi 2,1 dəfə - $277 mln.-a qədər artıb. Bu barədə iqtisadiyyat və sanəye naziri Şahin Mustafayev cümə axşamı Azərbaycan-Rusiya biznes forumunda məlumat verib.
“Sverdlovsk vilayətindən Azərbaycana idxal $3 mln., Sverdlovsk vilayətinə ixrac $274 mln. təşkil edib. 2013-cü ilin yekunları üzrə Azərbaycan və RF arasında ticarət dövriyyəsinin həcmi 2012-ci ilin göstərcisi ilə müqayisədə 10% artaraq $2,6 mlrd. təşkil edib”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda Rusiya kapitalı ilə 570 şirkət fəaliyyət göstərir. “Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşları $628 mln., qeyri-neft sektoruna isə $168 mln. təşkil edib”, - deyə nazir qeyd edib.
O bildirib ki, son 10 il ərzində Azərbaycan şirkətləri Rusiya iqtisadiyyatına $1 mlrd. investisiya yatırıblar.
“Azərbaycan Rusiyanın 83 regionundan 78-i ilə iqtisadi əməkdaşlıq qurub. İki ölkə arasında davamlı normativ-müqavilə bazası formalaşıb. Azərbaycan və Rusiya arasında təkcə iqtisadi sahədə 30 sənəd imzalanıb. Son bir neçə il ərzində 12 Azərbaycan-Rusiya biznes forumu keçirilib. Əminəm ki, bugünkü biznes forum ölkələrimiz arasında gələcək ikitərəfli inkişafa öz töhfəsini verəcək”, - deyə Ş.Mustafayev qeyd edib.
O, həmçinin vurğulayıb ki, Azərbaycan və Sverdlovsk vilayəti arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün hər cür şərtlər mövcuddur. Xüsusilə Azərbaycan Sverdlovsk vilayətində ticarət-logistika mərkəzinin yaradılmasında və bu regiona öz kənd təsərrüfatı məhsullarının ixracında maraqlıdır. Bundan başqa, maşınqayırma, polad sənayesi, metallurgiya, İKT sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirmək olar.
Nazir, həmçinin Azərbaycan şirkətlərini Sverdlovsk vilayətində investisiya fəaliyyətini genişləndirməyə çağırıb.
Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev qeyd edib ki, vilayət Azərbaycanda istehsal sahəsində layihələrin reallaşdırılması və Sverdlovsk vilayətində layihələrə investisiya qoyuluşunu nəzərdə tutan qarşılıqlı münasibətlərin yeni səviyyəsinə çıxmağa hazırdır. Xüsusilə vilayət Rusiya şirkətlərinin Azərbaycanda neft-qaz maşınqayırması sahəsinə və vilayətdə Azərbaycan şirkətləri üçün bir sıra layihələrə investisiya qoyuluşları üzrə layihələr təklif edir.
Forum zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Ural Ticarət-Sənaye Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi AZPROMO-nun prezidenti Rüfət Məmmədov və Ural Ticarət-Sənaye Palatasının prezidenti Andrey Besedin imzalayıblar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət