İsveçrəli jurnalist Andre Vidmerin Ermənistan-Azərbaycan münaqişəsi və azərbaycanlı məcburi köçkünlərin həyatı barədə yazmış olduğu “Unudulmuş münaqişə” (Forgotten Conflict) başlıqlı kitab Los Ancelesdə təqdim olunub.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, təqdimatda ABŞ Dövlət Departamentinin nümayəndələri, Los Anceles vilayətinin rəsmiləri, xarici ölkələrin baş konsulları və digər şəxslər iştirak edib.
Tədbiri açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə məlumat verib. O vurğulayıb ki, kitabın müəllifi yüksək cəsarət göstərərək, işğal olunmuş ərazilərimizə səfər edib və orada Ermənistan tərəfindən törədilmiş dağıntıları kitabında əks etdirib, eləcə də azərbaycanlı məcburi köçkünlərlə görüşərək, onların həyatı barədə oxucuları məlumatlandırıb.
Təqdimatda çıxış edən A.Vidmer ilk dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə 2008-ci ildə səfər etdiyini və gördüklərindən dəhşətə gəldiyini bildirib. O, vaxtilə azərbaycanlıların yaşadığı şəhər və kəndlərin işğaldan sonra böyük dağıntılara məruz qaldığını, bəzilərinin isə hətta yerlə-yeksan edildiyini qeyd edib. Vaxtilə 50 mindən çox azərbaycanlının yaşadığı Ağdam şəhərinin bu gün artıq mövcud olmadığını və baş vermiş dağıntıların böyük əksəriyyətinin məhz işğaldan sonra həyata keçirildiyini diqqətə çatdırıb. Şuşa şəhərində də həyata keçirilmiş dağıntılardan danışan jurnalist bunun nəinki mənəvi bir cinayət, eləcə də ciddi beynəlxalq hüquq pozuntusu olduğunu bildirib.
Müəllif beynəlxalq ictimaiyyətin münaqişənin bu faciəvi humanitar aspektinə lazımi diqqət göstərmədiyni qeyd edib. Bununla yanaşı, o əmindir ki, Ermənistan hökumətinin bütün bunları dünya ictimaiyyətindən gizlətmək üçün əlindən gələni etdiyinə baxmayaraq, həqiqət əvvəl-axır üzə çıxacaq.
Tədbir Ağdam şəhərinin yerlə-yeksan edilməsinə həsr olunmuş “Qafqazın Hiroşiması” başlıqlı foto-sərgi ilə davam edib. Sərgidə Ağdamın işğaldan öncəki və sonrakı fotoşəkilləri nümayiş etdirilib.
Kaliforniyaya səfəri müddətində A.Vidmer öz kitabını Çəpmən Universitetinin tələbə və professor heyətinə də təqdim edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət