Azərbaycanda turizmin inkişafı dövlətin iqtisadi siyasətinin əsas istiqaməti kimi çıxış edir. Bu gün bu sahə sahibkarlığın cəlbedici növü, investisiya yatrımları və innovativ proseslərin təkanverici qüvvəsi, ixrac potensialı və beynəlxalq fəaliyyətin güclənməsi, iqtisadiyyatın bir-biri ilə sıx əlaqədar olan sahələri üçün mühüm amildir. Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov “İnterfaks-Azərbaycan” agentliyinə təhsil sisteminin bu sahədə dəyişikliklərə necə cavab verməsi barədə danışıb.
- Azərbaycan Turizm İnstitutunun yerli turizmin inkişafında iştirakı nədən ibarətdir?
- Bizim əsas vəzifəmiz kadrların hazırlanmasıdır. İnstitut 2006-cı idən etibarən fəaliyyət göstərir. Bu dövr ərzində üç məzun buraxılışı olub. Ölkənin turizm industriyası institutumuzu bitirən 770-dən artıq yüksək ixtisaslı mütəxəssis əldə edib. Onlardan 72 nəfərin ikili diplomu var. Bunlar Azərbaycan Turizm İnstitutu və Avstriyanın Tətbiqi Elmlər
Universitetinin diplomlarıdır. Yeri gəlmişkən, ikili diplomun verilməsi təcrübəsi ilk olaraq bizim institut tərəfindən tətbiq olunub.
- Hansı ixtisaslar üzrə kadrlar hazırlanır?
- İnstitutda bakalavr pilləsində tədris 11, magistratura pilləsində 10 ixtisas üzrə aparılır. Bizdə 15 ixtisas üzrə kadrların hazırlandığı doktorantura pilləsi də var. Bundan başqa, ali məktəbimizin nəzdində Bakı Turizm Peşə Məktəbi fəaliyyət göstərir. Burada tədris 11 ixtisas üzrə aparılır.
- Sizin institutun məzunları digər ali məktəblərin profilli fakultələrinin məzunları ilə müqayisədə hansı üstünlüklər əldə edirlər?
- Qısaca desək, üstünlük əmək bazarında rəqabətə davamlılığın olmasıdır. Bizim məzun dünyanın bütün qitələrində, inkişaf etmiş ölkələrdə ən yüksək keyfiyyət standartlarına cavab verən sənədlərlə təsdiq olunmuş hazırlıq əldə edir. Həmçinin bu cür səviyyədə hazırlıqlı mütəxəssislər həqiqətən iş yeri seçərkən, öz karyeralarını planlaşdırarkən sərbəstdirlər.
Tədris prosesində dünya turizmində və ölkəmizdə xidmətin keyfiyyətinə artan tələbləri də nəzərə alırıq: bütün tədris planlarına keyfiyyətli peşəkar fəaliyyət komponentindən ibarət fənlər daxil edilib. Məsələn, tələbələr icbari qaydada ixtisasa uyğun olaraq “Keyfiyyəti idarəetmə” fənnini öyrənirlər.
Azərbaycanda yalnız bizim institutda bakalavr pilləsinin əyani şöbəsi üçün 20 həftəlik istehsalat təctrübəsi tətbiq olunur. Bu, biliklərin əldə olunmasına və işdə təcrübəyə yiyələnməyə əsas yaradır. Bununla yanaşı, onlar yalnız paytaxt otellərində deyil, həm də Türkiyə, İsrail, Almaniya, Çexiya və Yunanıstanda təcrübə keçirlər.
- İnstitutun məzunlarının ixtisasları üzrə işlə təmin olunması imkanları hansı səviyyədədir?
- Hamıya məlumdur ki, istənilən ali məktəbin fəaliyyətinin əsas göstəricilərindən biri məzunlarının işlə təmin olunmasıdır. Əminliklə deyə bilərəm ki, institutumuz “İşəgötürənlərin məzunların hazırlıq keyfiyyətinin qiymətləndirilməsi” nominasiyasında digər ali məktəblər arasında ilk yerləri tutur. Bu fakt məzunlarımıza tələbatın olması ilə öz təsdiqini tapır. Artıq bir neçə ildir ki, onların işlə təmin olunma səviyyəsi təxminən 100 faiz təşkil edir! Ölkənin bütün yeni otelləri və turizm şirkətlərində bizim məzunlarımız çalışır. Bunlar nüfuzlu Hilton-Baku, Fairmont-Baku, Four Seasons Hotel Baku, Jumeirah Bilgah Beach Hotel, JW Marriott Absheron Baku və digər otellərdir. Məşhur turizm agentlikləri də bu siyahıya daxildir. Onlar uğurla işləyir və yaxşı karyera qururlar. Bu günlərdə Hilton otelində çalışan məzunumuz otelin baş menecerinin müavini vəzifəsinə təyin olunub. Bu, kifayət qədər yüksək vəzifədir.
Məzunlarımızın çalışdığı şirkətlərin, xüsusilə Bakının mehmanxana kompleksinin rəyinə görə, onların işi çox yüksək qiymətləndirilir.
Daha bir mühüm məqam budur ki, ikili diplomun olması məzunlarımıza dünyanın ən nüfuzlu kurortlarındakı otellərdə işlə təmin olmağa imkan verir. Məsələn, məzunlarımızdan biri Maldiv adalarında çalışaraq ayda 7 min avro əmək haqqı alırdı.
Əlbəttə ki, məzunlarımız haqqında müsbət rəy eşitmək xoşdur. Lakin etiraf etməliyik ki, işlə təminat göstəriciləri müəyyən dərəcədə ölkədə müntəzəm olaraq yeni turizm obyektlərinin tikintisi ilə şərtlənib. Buna baxmayaraq, bu, əmək bazarında rəqabətin artması ilə əlaqədar təhsilin keyfiyyətinin artmasına görə məsuliyyəti üzərimizdən götürmür.
İnstitutumuzun məzunu – “Azərbaycanın qonaqpərvərliyinin simasıdır”. Bu sahədə çalışaraq, turisti qarşılayaraq məzunlarımız yalnız göstərilən xidmətlər barədə deyil, həm də ümumilikdə ölkə haqqında rəy formalaşdırırlar.
- İnstitut mütəxəssislərin hazırlanması istiqamətində işəgötürənlərlə əməkdaşlıq edirmi?
- Onlar tədris prosesi və dərs proqramlarının hazırlanmasında hələ ki, fəal iştirak etmirlər. Ancaq biz turizm industriyası nümayəndələrinin cəlb olunacağı İctimai Şuranın yaradılmasını nəzərdə tuturuq. Məqsəd turizm sahəsində müxtəlif şirkətlərlə sıx tərəfdaşlıq əlaqələrinin qurulmasıdır. Bizneslə qarşılıqlı əlaqə olmadan keyfiyyətli mütəxəssis hazırlığından danışmaq mümkün deyil. Bu, təkcə ixtisas tələbləri, təhsilin məzmunu üzrə biznes tövsiyələri deyil, həm də əməkdaşlıq üzrə konkret layihələrdir. Biz bu cür əməkdaşlıq formaları üzərində düşünürük. İstərdik ki, turizm industriyasının iri müəssisələrinin rəhbərləri və top-menecerləri tədris prosesinə cəlb olunsunlar, biznes nümayəndələri mühazirə oxusun və ustad dərsləri keçsinlər.
- İnstitutun həyata keçirdiyi beynəlxalq layihələr barədə məlumat verərdiniz. Hansı ali məktəblərlə əlaqələr qurulub?
- Öncə qeyd edim ki, Turizm İnstitutu Avstriyanın Tətbiqi Elmlər
Universiteti ilə ikili diplom proqramı üzrə əməkdaşlıq edir. Müqavilənin şərtlərinə əsasən, hər il bir qrup tələbə Avstriya Universitetinin müəllimləri ilə ingilis dilində mühazirə kursu keçir. Bundan başqa, ən yaxşı tələbələr Avstriyaya təhsil almağa göndərilirlər. Bu proqram dil maneəsini aradan qaldırmaq üçün vaxt itkisi olmadan tələbə mübadiləsi imkanlarını artırmağa imkan verir.
Biz tələbə və müəllim mübadiləsi məqsədilə Avropanın ali məktəbləri ilə çoxsaylı müqavilələr imzalamışıq. Bundan başqa, institutumuz Xəzəryanı
Ölkələrin Dövlət Universitetləri Assosiasiyasına daxildir. Biz Rusiya Turizm və Servis Ali Təhsil Müəssisələri Assosasiyasının yeganə xarici iştirakçısıyıq. Bizdən başqa bura Rusiyanın 22 ali məktəbi daxildir. Biz, həmçinin Türkiyənin bir sıra assosiasiyasının fəal üzvüyük. Onlardan biri İpək Yolu Universitetləri Assosiasiyasıdır. Beynəlxalq səviyyədə bütün bu əlaqələr tələbələrimiz üçün əlverişli imkanlar yaradır. Məsələn, tanınmamış Şimali Kipr hökuməti öz ali məktəblərində tələbələrimiz üçün yerlərin sayını artırmaq niyyətindədir. Onlar burada həm təhsil ala, həm də təcrübə keçə biləcəklər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət