Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıları müəyyən beynəlxalq dairələrin Azərbaycan əleyhinə apardığı təbliğata qarşı mübarizəni gücləndirmək məqsədilə səyləri əsirgəməməyə çağırıb.
“Qeyd etmək istərdim ki, erməni lobbisinin təsiri altında olan müxtəlif dairələr və KİV orqanları Azərbaycan qarşı yönəlmiş fəal təbliğat siyasəti yürüdürlər”, - deyə N.Məmmədov Beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların birinci toplantısında çıxışı zamanı vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın son illər ərzində əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşan müəyyən beynəlxalq dairələr fəal şəkildə Azərbaycana qarşı yalan və böhtan xarakterli məlumatlar yayırlar.
“Beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların sayı gündən-günə artmaqda davam edir. Azərbaycana qarşı yalan təbliğata qarşı çıxmaq və dövlətimizin reallıqları barədə dünya birliyini məlumatlandırmaq üçün sizin üzərinizə böyük vəzifə və məsuliyyət düşür”, - deyə N.Məmmədov qeyd edib.
N.Məmmədov vurğulayıb ki, Azərbaycan rəhbərliyinin siyasətinin əsas prioriteti Ermənistan-Azərbaycan münaqişəsinin həlli və bir milyona yaxın qaçqın və məcburi köçkünün tarixi torpaqlarına qayıtmasıdır.
“Bizim üçün ən mühüm məsələ Ermənistan-Azərbaycan münaqişəsinin həllidir. BMT Təhlükəsizlik Şurası və bir çox digər beynəlxalq nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyan və dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Lakin əfsuslar olsun ki, münaqişə hələ də həll olunmamış qalır, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, eləcə də digər dövlətlər münaqişənin ədalətli həlli üçün konkret addımlar atmır”, - deyə N.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətinin mühüm prioriteti dünyanın müxtəlif dövlətləri və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əsasda münasibətlərin inkişafıdır.
“Son illər ərzində Azərbaycanın beynəlxalq nüfuzu xeyli artıb. Biz NATO və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edirik. Bakı, Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən Ermənistan istisna olmaqla, bütün qonşuları ilə fəal və səmərəli əməkdaşlıq edir”, - deyə Prezident Administrasiyası rəhbərinin müavini bildirib.
N.Məmmədovun sözlərinə görə, Azərbaycanın dünyanın müxtəlif ölkələrində 57 səfirlik və 10 baş konsulluğu var. Bakıda isə xarici ölkələrin 50-dən artıq diplomatik missiyaları fəaliyyət göstərir.
“Azərbaycan rəhbərliyinin yürütdüyü siyasətin əsas prioritetlərindən biri qara qızılın insan potensialına çevrilməsidir. Ölkəmizin regionda rolu və nüfuzu artır. Azərbaycan dünyanın inkişaf etməkdə olan 50 ölkəsi sırasına daxildir”, - deyə o qeyd edib.
O vurğulayıb ki, müstəqillik illərində Azərbaycan demokratiyanın inkişafı nöqteyi-nəzərindən böyük yol keçib.
“Ölkədə 5 mindən artıq KİV orqanı, 50-dək informasiya agentliyi fəaliyyət göstərir. Azərbaycan əhalisinin 65%-i İnternet istifadəçisidir. Ölkədə 55-ə yaxın siyasi partiya və 2500-dən çox qeyri-hökumət təşkilatı var”, - deyə Prezident Administrasiyası rəhbərinin müavini bildirib.
Azərbaycan XİN başçısının müavini Araz Əzimov, öz növbəsində beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların sayının atrtırılması məqsədilə onların fəaliyyətinin dəstəklənməsinin vacibliyini bəyan edib.
“Hesab edirəm ki, onlar beynəlxalq təşkilatlarda fəaliyyətləri ilə müəyyən dərəcədə Azərbaycanı təmsil edirlər”, - deyə A.Əzimov bildirib.
O, azərbaycanlıların ətrafında birləşə biləcəyi şəbəkənin yaradılmasını təklif edib.
“Məni düzgün anlamağınızı və bu təklifi tələb kimi dəyərələndirməməyinizi istərdim. Bizə qarşı iş aparan müəyyən qüvvələr mövcuddur. Biz bu çağırışlara effektiv şəkildə qarşı durmalıyıq”, - deyə o bildirib.
Nazir müavini vurğulayıb ki, fəaliyyət göstərilən ölkədən asılı olmayaraq, Qarabağ münaqişəsi barədə həqiqəti hər kəsə çatdırılmalıdır.
“İstər Əfqanıstanda, istərdə də hər hansı Afrika ölkəsində olsun, hər kəs münaqişə barədə həqiqəti bilməlidir. Hamı 750 min daxili köçkün barədə məlumatlandırılmalıdır”, - deyə o bəyan edib.
A.Əzimovun sözlərinə görə, beynəlxalq səviyyədə iş tələb edən mühüm məqamlardan biri “Böyük qayıdış” layihəsidir.
“Mən, ilk növbədə doğma yurdlarından didərgin düşmüş məcburi köçkünləri nəzərdə tuturam. Onlar öz torpqlarına qayıtmalıdırlar. Bu layihə beynəlxalq səviyyədə təbliğ edilməlidir”, - deyə nazir müavini vurğulayıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri
Səməd Seyidov Avropa cəmiyyətində Azərbaycana qarşı təbliğatın geniş yayıldığını qeyd edir.
“Bu gün Avropa cəmiyyətində də Azərbaycana qarşı təbliğatın aparılması cəhdi müşahidə olunur. Xüsusilə Avropa Şurasında siyasi məhbus məsələsi ilə bağlı Azərbaycana qarşı ədalətsiz mövqeyi qeyd etmək istərdim. Lakin ən mühüm məqam ondan ibarətdir ki, Avropa Şurasında Azərbaycana qarşı qətnaməni rədd etdilər”, - deyə S.Seyidov bəyan edib.
Onun sözlərinə görə, “beynəlxalq təşkilatlarla əlaqələr quran hər bir azərbaycanlı üçün 3 mühüm prinsip olmalıdır: Azərbaycan, Azərbaycan, Azərbaycan”.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət