SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) qaynaq texnologiyalarının mənimsənilməsinə böyük diqqət ayırır. Bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çərşənbə axşamı Bakıda «Sənayedə qaynaq istehsalı üzrə yeni texnologiyalar və materiallar» mövzusunda seminarda bəyan edib.
“Hazırda şirkətin struktur bölmələrində 2 mindən artıq qaynaqçı çalışır. SOCAR müasir qaynaq texnologiyalarının istifadəsi, sualtı qaynaq texnologiyalarının inkişafı istiqamətində iş aparır, sualtı qaynaq əməliyyatlarını həyata keçirən dalğıcların hazırlanması üçün beynəlxalq şirkətlərlə sıx əməkdaşlıq edir və yeniliklərin tətbiqi sahəsində qabaqcıl qurumların təcrübəsini öyrənir. Layihələrimizin reallaşdırılmasında qaynaq işlərinin həcmi çox olacaq. Bu səbəbdən qaynaq texnologiyalarının inkişafı bizim üçün çox vacibdir», - deyə o vurğulayıb.
X.Məmmədovun sözlərinə görə, “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsi çərçivəsində 14-15 min yeni iş yeri açılacaq və 4-5 min qaynaqçının işə cəlb olunmasına zərurət yaranacaq.
Bundan başqa, o qeyd edib ki, qaynaq işləri Azərbaycanda yeni neft-qaz emalı və neft-kimya kompleksinin tikintisinin mühüm hissəsidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət