Avropa ərazi bütövlüyünə dair məsələlərdə bu gün Ukraynaya edilən eyni dəstəyi Azərbaycana da göstərməlidir. Bu barədə Avronest Parlament Assambleyasının vitse-prezidenti, AŞPA-nın üzvü, Milli Məclisin deputatı Elxan Süleymanovun bəyanatında bildirilir.
“Mən Avropa institutlarından Azərbaycan və onun ərazi bütövlüyünü dəstəkləyən bəyannamə və tədbirlərə bu gün Ukraynaya edilən eyni dəstəyi göstərmələrini tələb edirəm”, - deyə Avropa Komissiyası, Avropa Parlamenti, Avropa İttifaqı, AŞPA, AVRONEST Parlament Assambleyasının rəhbərliyinə ünvanlanan müraciətdə qeyd edilir.
“Mən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və müstəqil dövlətin iradəsinin ziddinə olaraq beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsini yolverilməz hesab edirəm. Müşahidə etdiyimiz kimi, Avropa Parlamenti beynəlxalq qanunların pozulmasını pisləyən bir neçə məruzə və qətnamə qəbul edib, Aİ-nin əksər liderləri, eləcə də siz və həmkarlarınız isə güclü və sərt tənqidlər səsləndirmisiniz. BMT Təhlükəsizlik Şurası martın 15-də Ukraynaya dair qətnamə qəbul etməyə cəhd göstərdi. Aİ və ona üzv dövlətlər də Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Bütün bu addımlar Avropanın Ukraynanın ərazi bütövlüyünü açıq-aydın dəstəklədiyini göstərir. Bəs nə üçün Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı eyni xarakterli tədbir və bəyannamələri dəstəkləmir?”, - deyə E.Süleymanov müraciətdə təəccübünü bildirir.
O sual edir ki, niyə Avropanın Ukraynada baş verən proseslərə Rusiyanın müdaxiləsini pislədiyi zaman Avropa institutları və dövlətləri Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-nin işğalı davam etdiyi halda susurlar?
“Qanun qanundur və heç zaman müxtəlif ölkələr üçün fərqli şəkildə şərh edilməməlidir. Azərbaycan ərazisinin təxminən 1/5 hissəsi 24 ildir ki, Ermənistanın işğalı altındadır, Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu nəzarətdə saxlayır və orada istədiklərini edir. İşğal nəticəsində Azərbaycanın bir milyondan artıq əhalisi qaçqın və məcburi köçkün düşüb, yüz minlərlə insan isə zərər çəkib. BMT Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən bir sıra qətnamələr, eləcə də Aİ bir sıra mətnlər qəbul edib. Bəs hanı Ermənistana qarşı sanksiyalar?”, - deyə müraciətdə vurğulanır.
Parlament üzvü Aİ-ni “təhlükəli ikili standart”ların tətbiqində ittiham edib.
“Mən sadəcə Avropa İttifaqından öz qətnamələrinə və BMT-nin qəbul etdiyi qətnamələrə riayət etməyi tələb edirəm. Əks halda nə üçün belə ikili fikirlərlə üzləşdiyimizə qərar verməliyik. Biz Avropa riyakarlığının köklərini anlamalı və Aİ-nin diskriminasiyanın bütün mümkün formaları ilə mübarizə aparmağı tələb edən Azərbaycana qarşı ayrıseçkilik nümayiş etdirdiyini qəbul etməliyik.
“BMT TŞ-nin Dağlıq Qarabağa dair dörd qətnaməsinə (UNSC 822, 853, 874 və 887/1993) də etinasızlıq göstərilir və regionda sülh və sabitliyi itiririk. İndi Ermənistanın təcavüzü ilə üz-üzə olduğumuz bir vaxtda Avropanın görəcəyi tədbirlərə və göstərəcəyi köməyə həmişə olduğundan daha çox ehtiyacımız var. Müraciətimə verəcəyiniz cavabı qabaqlayaraq, sizləri yalnız qətnamələrin qəbulu ilə kifayətlənməməyə, onların icrasına nail olmağa, işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıram”, - deyə E.Süleymanov bəyan edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət