Azərbaycanın AVRONEST Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanov ABŞ rəsmilərini ölkənin ərazi bütövlüyünün dəstəklənməsi məsələsində Azərbaycana Ukrayna ilə eyni səviyyədə dəstək göstərməyə çağırıb.
E.Süleymanov ABŞ-ın vitse-prezidenti Co Baydenə və Nümayəndələr Palatasının spikeri Con Boehnerə müraciət ünvanlayıb. Sənədin surəti Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roysa, Avropa, Avrasiya və Yaranan Təhdidlərə dair Alt Komitənin sədri Dana Rorabaxerə və ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstara göndərilib.
Azərbaycanlı deputat müraciətində Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və müstəqil dövlətin iradəsinin ziddinə olaraq beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğunu bildirib.
E.Süleymanov qeyd edib ki, Ukrayna böhranı ilə bağlı baş verən hadisələri yaxından izlədikcə ABŞ-ın Avrasiya ərazisindəki ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşı qeyri-qanuni hücumlarla bağlı rəftarında güclü uyğunsuzluqların şahidi olub.
Deputat prezident Barak Obamanın, ABŞ Konqresinin, ABŞ-ın digər aparıcı siyasi xadimlərinin Ukrayna ilə bağlı beynəlxalq qanunların pozulmasını fəal şəkildə pisləməsi, ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi fonunda ABŞ Konqresinin Azərbaycanın ərazi bütövlüyünə analoji dəstək verməməsinin nə ilə izah edilə biləcəyini soruşur.
“Qanun qanundur və heç zaman müxtəlif ölkələr üçün fərqli şəkildə şərh edilməməlidir. Azərbaycan ərazisinin təxminən 1/5 hissəsi 24 ildir ki, Ermənistanın işğalı altındadır, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunu nəzarətdə saxlayır və orada istədiklərini edir. İşğal nəticəsində Azərbaycanın bir milyondan artıq əhalisi qaçqın və məcburi köçkün düşüb, yüz minlərlə insan isə zərər çəkib. BMT Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən bir sıra qətnamələr, eləcə də ABŞ, ATƏT, Aİ və Avropa Şurası bir sıra mətnlər qəbul edib. Bəs hanı Ermənistana qarşı sanksiyalar?”, - deyə azərbaycanlı deputat soruşur.
E.Süleymanov qeyd edib ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil və Ukrayna böhranı qədər diqqətə layiqdir.
Millət vəkili Ermənistanın işğalının gələcəkdə daha ağır nəticələrinin ola biləcəyini vurğulayaraq, Ermənistan təcavüzünün nəticəsi olaraq blokadaya görə 410 min Naxçıvan əhalisinin, Sərsəng su anbarının işğal altında olması səbəbindən ətraf 6 rayonun 450 min nəfər sakininin və 20 ildən artıq müddətdə davam edən hərbi işğal səbəbi ilə 1 milyona qədər azərbaycanlının, ümumilikdə 1,85 mln.nəfər Azərbaycan vətəndaşının bütün insan hüquqlarından məhrum olmaqla öz ölkəsində mürəkkəb sosial-iqtisadi şəraitdə yaşadığını diqqətə çatdırır. Bununla da hazırda 1, 85 mln.-dan artıq azərbaycanlının insan hüquqlarının kütləvi və kobud şəkildə pozulmasına baxmayaraq, dünya ictimaiyyəti tərəfindən bu məsələyə biganəlik nümayiş etdirilməsini ön plana çəkir.
E.Süleymanov qeyd edilənlər kontekstində ABŞ və Aİ-nin Azərbaycana qarşı təhlükəli ikili standartlardan çıxış etdiyinin şahidi olduğumuzu vurğulayır.
Müraciətdə Azərbaycanın güclü, tolerant və demokratik dövlət olması, bu səbəbdən də hansı amillərə görə ona qarşı etinasızlıq nümayiş etdirilməsinin və Ukrayna ilə müqayisədə daha az vacib hesab edilməsinin səbəbləri soruşulur.
E.Süleymanov ABŞ Konqresindən Ukrayna və onun ərazi bütövlüyünü dəstəkləyən bəyannamə və tədbirlər kimi Azərbaycana da eyni dəstəyin göstərilməsini, öz dəyərlərinə sadiq qalaraq problemli 907-ci maddəni çıxarmaq üçün səy göstərməyi və BMT TŞ-nin qəbul etdiyi qətnamələrə riayət edilməsini tələb edir.
Azərbaycanlı deputat ABŞ rəsmilərini ikili standartlara, riyakarlığa və ayrı-seçkiliyə son qoymağa, dünyanın hər yerində ərazi bütövlüyü prinsipinə riayət etməklə, BMT-nin və ABŞ-ın özəyini təşkil edən dəyərlərə hörmət etməyə, Azərbaycana da Ukrayna ilə eyni səviyyədə dəstək nümayiş etdirməyə və Ukrayna ilə bağlı məsələlərin müzakirə olunacağı bütün səviyyəli tədbirlərdə Azərbaycan torpaqlarının işğalı məsələsinin də müzakirə olunması barədə qərar verməyə, işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırır.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da ESG mövzusunda tədbir keçirilib
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət