Azərbaycan və Gürcüstan ərazisində mövcud olan dondurulmuş münaqişələr regional əməkdaşlığa əsas maneədir. Bu barədə müdafiə naziri Zakir Həsənov cümə günü Gürcüstan müdafiə nazirinin müavini Mixeil Darçiaşvili ilə görüş zamanı bəyan edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Z.Həsənov Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Nazir ikitərəfli münasibətlərə toxunaraq bildirib ki, Azərbaycanla Gürcüstan arasında əlaqələr strateji xarakter daşıyır, Bakı və Tiflis beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış edir, iki ölkə arasında əməkdaşlıq dostluq və qarşılıqlı anlaşma üzərində qurulub.
M.Darçiaşvili, öz növbəsində dövlətlərin əlaqələrinin möhkəm tarixi bazaya və qarşılıqlı səmimi münasibətlərə əsaslandığını, Gürcüstanla Azərbaycanın vacib tərəfdaş olduğunu qeyd edib. Nazir müavini əlavə edib ki, hər iki ölkənin müdafiə nazirlikləri arasında müxtəlif sahələr üzrə əməkdaşlıq ölkələrin ümumi mənafelərinə xidmət edir.
Bundan başqa, görüş zamanı Azərbaycan-Gürcüstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Gürcüstan müdafiə nazirinin müavini M.Darçiaşvili Bakıya səfəri çərçivəsində cümə günü Azərbaycanın müdafiə nazirinin müavini Çingiz Məmmədovla da görüşüb. Görüşdə ölkələr arasında hərbi və hərbi-təhsil sahələrində əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə edilib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət