Azərbaycanın işğal altında olan ərazilərində ağır cinayətlər törətmiş 300-ə yaxın şəxs cinayət məsuliyyətinə cəlb olunacaq. Bu barədə baş prokurorun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Milli Məclisin rəsmi mətbu orqanı olan “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
“Ermənilərin Qarabağda törətdiyi ağır cinayət hadisələri ilə bağlı vahid istintaq-əməliyyat planı hazırlanıb”, - deyə məlumatda qeyd olunur.
“İşğal olunmuş ərazilərdə törədilən cinayət əməlləri ilə əlaqədar 296 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsinə qərar verilib”, - deyə hərbi prokuror vurğulayıb.
X.Vəliyevin sözlərinə görə, bir cinayət işinə birləşdirilən materiallar üzrə istintaq dörd istiqamət üzrə aparılacaq:
1) Ermənistanın silahlı birləşmələri, Dağlıq Qarabağdakı qanunsuz erməni silahlı dəstələri və SSRİ-nin (MDB) 366-cı alayının azərbaycanlılara qarşı törətdikləri soyqırımı;
2) Yenə yuxarıdakı subyektlər tərəfindən əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı işgəncələr verilməsi;
3) Ermənistan Respublikasının xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası və vətəndaşlarına qarşı terrorçuluğun maliyyələşdirilməsi, təşkili və həyata keçirilməsi;
4) Birinci bənddəki subyektlər tərəfindən Azərbaycan Respublikası və vətəndaşlara vurulmuş ziyanın müəyyənləşdirilməsi.
X.Vəliyev qeyd edib ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə törədilən cinayət əməlləri 1 oktyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Cinayət Məcəlləsinin 16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aid edilib.
Cinayət işinin istintaqı hərbi prokurorluq orqanlarında son dövrlərdə keçirilən islahatlardan sonra daha da sürətlənib. Hərbi Prokurorluqda Xüsusi istintaq şöbəsi yaradılıb, qeyd olunan cinayət işinin istintaqı həmin şöbəyə həvalə edilib.
Cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika Hərbi Prokurorluğuna həvalə edildiyi vaxtdan hal-hazıradək 15 minə yaxın istintaq hərəkəti aparılıb, o cümlədən 9 minə yaxın şəxs şahid və zərərçəkmiş qismində dindirilib, 3 mindən artıq şəxs zərərçəkmiş şəxs, 200-ə yaxın şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb, 900-dən artıq məhkəmə-tibbi, kompleks məhkəmə-əmtəəşünaslıq və mühasibatlıq və digər ekspertizalar təyin edilərək müvafiq rəylər alınıb.
Cinayət işi üzrə hal-hazıradək sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətdiyi müəyyən olunmuş 248 nəfər, onlardan Xocalı soyqırımı üzrə 39 nəfər, Qaradağlı soyqırımı üzrə 12 nəfər, Bağanıs-Ayrım soyqırımı üzrə 18 nəfər, Meşəli soyqırımı üzrə 9 nəfər, Kərkicahan soyqırımı üzrə 47 nəfər, işgəncə faktları üzrə 35 nəfər, terrorçuluq faktı üzrə 3 nəfər, digər epizodlar üzrə 85 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə, qanunsuz silah saxlama, cinayət barədə məlumat verməmə və s. cinayətlər törətmiş 48 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılıb.
Azərbaycan xalqı və dövlətinə qarşı cinayətlərin törədilməsində ittiham olunan 296 nəfər barəsində məhkəmə qərarına əsasən həbs-qətimkan tədbiri seçilib və axtarışları ilə əlaqədar müvafiq sənədlərin aidiyyəti orqanlara göndərilməsi təmin edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət