Polşanın “Tines” şirkəti Bakı Metropoliteninin yeni xətlərinin tikintisində iştiraka ümid edir. Bu barədə şirkətin İdarə Heyətinin səlahiyyətli nümayəndəsi Meçislav Lapanovski bəyan edib.
“Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istədiyimiz istiqamətlərdən biri Bakı Metropoliteninin yeni xətlərinin çəkilməsidir. Bununla əlaqədar biz artıq bir sıra danışıqlar aparmışıq. Razılıq əldə olunduğu halda həmin bazarda iştirak etmək istərdik”, - deyə M.Lapanovski azərbaycanlı jurnalistlərlə görüşdə bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Onun sözlərinə görə, şirkət müvafiq tenderdə iştiraka hazırlaşır və bununla bağlı Polşanın Bakıdakı səfirliyinin dəstəyindən faydalanır.
Bundan başqa, “Tines” şirkətinin nümayəndəsi məlumat verib ki, şirkət Bakı-Tiflis-Qars dəmir yolu dəhlizinin tikintisi layihəsi çərçivəsində keçidlərin inşasına da maraq göstərir.
Şirkət dəmir yolu və tramvay yollarının, metropoliten xətlərinin üst tikililərinin təhlükəsiz konstruksiyalarının tədarükü üzrə ixtisaslaşır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten iki xətt (yaşıl və qırmızı) və 23 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 mln. nəfər təşkil edir.
Bakı Metropoliteni 2014-cü ilin may ayında “bənövşəyi” xəttin «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyalarını, 2015-2016-cı illərdə isə daha üç stansiyanı istismara verməyi planlaşdırır.
2030-cu ilə qədər metropolitenin stansiyalarının ümumi sayı 76, metro xətlərinin ümumi uzunluğu 109 km təşkil edəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət