Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi məsələlərinin tam şəkildə öz həllini tapmasına baxmayaraq, bu region hələ ixrac potensialının artımı üçün imkanlara malikdir. Rəsmi KİV-lərin çərşənbə axşamı verdiyi məlumata görə, bu barədə prezident İlham Əliyev “Arpaçay-1” və “Arpaçay-2” su elektrik stansiyalarının işə salınması mərasimində çıxışı zamanı bəyan edib.
“Son illərdə Naxçıvanda 5 elektrik stansiyası tikilib. Demək olar ki, Naxçıvanda enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapıb. Son illərdə biz “Vayxır”, “Biləv” su elektrik stansiyalarının açılışlarını qeyd etmişik və bu gün Naxçıvanın enerji ilə təminatı su elektrik stansiyalarının xətti ilə icra edilir”, - deyə İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, “bu da Naxçıvanı dünya miqyasında çox nadir bir respublika kimi təqdim edir. Çünki dünyada çox nadir hallarda daxili tələbat bərpa olunan enerji növləri hesabına təmin edilir”.
“Bu gün Naxçıvanın reallıqları belədir ki, su elektrik stansiyalarının fəaliyyəti sayəsində Naxçıvanın tam enerji təminatı həll edilib. Bu gün Naxçıvanın enerji potensialı 220 meqavata yaxındır və bu da imkan verir ki, eyni zamanda Naxçıvanın ixrac potensialı da artsın”, - deyə dövlət başçısı qeyd edib.
İ.Əliyev vurğulayıb ki, artıq bu gün Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixrac edilir.
“Bu ixrac getdikcə artır, daha da artacaq. Çünki gələcəkdə Naxçıvanın enerji potensialının artırılması üçün əlavə tədbirlərin görülməsi də nəzərdə tutulur. Buna ehtiyac var, çünki əhali artır. Naxçıvan əhalisi artıq 430 mindən yuxarıdır. Naxçıvanın sənaye istehsalı artır, yeni müəssisələr işə salınır, sosial məsələlər öz həllini tapır. Beləliklə, biz gələcəkdə Naxçıvanın dinamik inkişafını təmin etmək üçün yeni enerji güclərini yaratmalıyıq”, - deyə obildirib.
Dövlət başçısı, həmçinin qeyd edib ki, bu gün Naxçıvan Muxtar Respublikası demək olar ki, tam qazlaşdırılıb, qazlaşdırılma 100%-ə yaxındır.
“Elektrik enerjisi ilə təminat yüksək səviyyədə təşkil edilib. Yəni muxtar respublikanın enerji təhlükəsizliyi məsələləri tamamilə öz həllini tapıb. Bu gün dünyada enerji təhlükəsizliyi məsələləri, ümumiyyətlə, ön plana çıxır”, - deyə o vurğulayıb.
“Biz görürük ki, enerji təhlükəsizliyi məsələləri ölkələrin ümumi təhlükəsizlik məsələləri ilə sıx uzlaşır. Yəni özünü enerji təhlükəsizliyi baxımından rahat hiss etməyən ölkələr böyük problemlərlə üzləşirlər. Orada asılılıq yaranır. Bu gün Azərbaycan tam enerji təhlükəsizliyini təmin edib, başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır və bu rol getdikcə artacaq”, - deyə prezident bildirib.
Dövlət başçısı vurğulayıb ki, “Arpaçay” su elektrik stansiyasının tikintisi də bu gün dövlətimizin gücünü göstərir.
“Burada sosial, iqtisadi məsələlər uğurla həll edilir, Naxçıvanın hərbi gücü lazımi səviyyədədir. Bu gün Naxçıvana gətirilmiş yeni texnikanın nümunələri ilə tanış olmuşam. Respublikanın inkişafı üçün bütün işlər görülür, işsizlik demək olar ki, aradan götürülüb, yeni iş yerləri açılır. Yəni dinamik inkişaf təmin edilir”, - deyə İ.Əliyev bildirib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət