2014-cü ilin I rübündə Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə 7 mln. 4,064 min ton Azərbaycan nefti nəql edilib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 4,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“2014-cü ilin mart ayında BTC boru kəməri ilə 2 mln. 386,284 min ton, kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il – İF) cari ilin aprel ayının 1-ə qədər isə 242 mln. 145,657 min ton neft nəql olunub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, yanvar-mart aylarında BTC neft kəməri ilə 733,082 min ton Türkmənistan nefti və 872,026 min ton Qazaxıstan nefti nəql olunub.
2014-cü ilin I rübündə Ceyhan neft limanından 6 mln. 861,499 min ton Azərbaycan nefti, o cümlədən mart ayında 2 mln. 252,897 min ton neft nəql olunub. Ümumilikdə BTC-nin istismara verildiyi vaxtdan 240 mln. 5,413 min ton Azərbaycan nefti yola salınıb.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30.1%); SOCAR (25.00%); “Chevron” (8.90%); “Statoil” (8.71%); TPAO (6.53%); ENI (5.00%); “Itochu” (3.40%); “ConocoPhillips” (2.50%); INPEX (2.50%); “Total” (5.00%) və “Amerada Hess” (2.36%) “ şirkətləridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət