ABŞ-ın Vermont ştatı senatının Hökumət işləri üzrə Komitəsi Ermənistan-Azərbaycan münaqişəsinə dair Azərbaycanın işğal edilmiş ərazilərində separatçı qeyri-qanuni rejimi tanımağa çağıran qətnamə layihəsini qəbul etməyib və qeyd olunan sənədin senatın müzakirəsinə verilməməsi barədə qərar qəbul edib. Bu barədə rəsmi mətbuat məlumat verir.
Çərşənbə axşamı Vermont ştatı senatının Hökumət işləri üzrə Komitəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair Azərbaycanın işğal edilmiş ərazilərində separatçı qeyri-qanuni rejimi tanımağa çağıran qətnamə üzrə dinləmə keçirilib.
Diaspor təşkilatı olan ABŞ Azərbaycanlılar Şəbəkəsi (USAN) bu münaqişənin tarixinə və onun hüquqi aspektlərinə dair yazılı sənədlər, habelə Azərbaycanın ABŞ-ın bu regionda mühüm müttəfiqi kimi əhəmiyyətini vurğulayan məlumatlar təqdim edib.
ABŞ Azərbaycanlılar Şəbəkəsinin həmtəsisçisi Yusif Babanlı, Vermont ştatı Nümayəndələr Palatasının üzvü Uorren Kitsmiller və Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq, Azərbaycanın energetika və təhlükəsizlik sahəsində etibarlı tərəfdaş kimi əhəmiyyəti barədə məruzələrlə çıxış ediblər.
Qeyd edilib ki, belə qətnamələr həm münaqişəyə dair sülh danışıqları prosesinə, həm də ABŞ-ın Avrasiya məkanında maraqları üçün müstəsna əhəmiyyət kəsb edən Amerika-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət