Azərbaycanin xarici işlər nazirinin müavini Araz Əzimov hesab edir ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Qarabağ problemi ilə bağlı bəyanatlarla çıxış etmək üçün hələlik lazımi səviyyədə deyil.
"C.Uorlik hələ o səviyyədə deyil ki, onun hansısa yanlış bəyanatlarını şərh edim. C.Uorlik Minsk Qrupunun sənədlərini daha yaxşı oxumalı, bilməli, öyrənməli, sonra əsaslı mübahisəyə girməlidir”, - deyə A.Əzimov cümə axşamı jurnalistlərə bəyan edib.
Qeyd edək ki, C.Uorlik “Twitter”dəki mikrobloqunda Dağlıq Qarabağ probleminin Azərbaycan və Dağlıq Qarabağ arasında münaqişə olduğunu yazıb. Baxmayaraq ki, ilkin olaraq Azərbaycan və Ermənistan bu münaqişənin tərəfləri, Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları isə maraqlı tərəflər kimi tanınıb.
Nazir müavini qeyd edib ki, C.Uorlikin bəyanatlarında siyasi qərəzlilik öz əksini tapıb.
“Digər tərəfdən, bu cür bəyanatlarda siyasi qərəzlilik müşahidə etmək mümkündür. Həm də düşünürəm ki, belə bəyanatlarla C.Uorlik Ermənistanı sakitləşdirir, çünki Ermənistanın Qarabağı müstəqil dövlət kimi təqdim etmək cəhdi bu ölkənin mövqeyini formalaşdıran elementdir. Onlar (Dağlıq Qarabağ – İF-Az) əbəs yerə fikirləşirlər ki, münaqişənin tərəfi olaraq qəbul edilsələr, sonrakı mərhələdə münaqişənin həlli ilə bağlı sazişin imzalanmasına da dəvət olunacaqlar və guya hansısa beynəlxalq hüquq çərçivəsində subyekt kimi qəbul olunacaqlar”, - deyə o qeyd edib.
“Aydındır ki, münaqişə Azərbaycan və Ermənistan arasında baş verib. 30 minlik kiçik bir etnik qrupun hansısa bir məntəqədə yaşaması onun bu əraziyə iddiasına heç bir hüquqi əsas yaratmır. Azərbaycan Dağlıq Qarabağda yaşayan dinc erməni əhalisini öz vətəndaşlığında saxlamaq niyyətini həmişə bildirib”, - deyə nazir müavini əlavə edib.
“Onların gələcəyinə dair məsələlərin müzakirəsi üçün Azərbaycan tərəfi mərkəzi hökumət olaraq həmişə hazır olacaq. Münaqişənin həllində mərhələlər var. Hazırkı mərhələ işğal mərhələsidir və işğalı aradan götürmək üçün Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazilərini tərk etməlidir. Bu məqsədlə Azərbaycan Ermənistan tərəfi ilə müzakirələr aparır”, - deyə nazir müavini bəyan edib.
A.Əzimov, həmçinin qeyd edib ki, İrəvandan səslənən bir sıra bəyanatlar işğal faktını gizlətməyə xidmət edir.
“Ermənistanın Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsindən ərazi iddialarını örtmək üçün istifadə etmək cəhdləri pis gizlədilib və onları görmək asandır. Amerikalı həmsədrin ermənilərn bu mövqeyini dəstəkləmək cəhdi ciddi qəbul olunmamalıdır”, - deyə o vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət