Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsal edən 4 müəssisənin məhsullarını sertifikatlaşdırıb. Bu barədə komitənin mətbuat katibi Fazil Talıblı cümə axşamı mətbuat konfransında məlumat verib.
Bunlar “Hakan Foods” FF Co.LTD müəssisəsinin “Kral” və “Yeni dad” nişanlı məhsulları, “Səhliyalı” kiçik müəssisənin “Min bərəkət, halal nemət” nişanlı məhsulları, “M&T” LTD və “Zəhmət Ruzi” şirkətlərinin məhsullarıdır.
F.Talıblının sözlərinə görə, sertifikatlaşdırma prosesindən qabaq sertifikat almaq üçün müraciət etmiş 9 müəssisədə iki ay araşdırmalar aparılıb. Qalan 5 müəssisədə araşdırmalar davam edir”, - deyə o qeyd edib.
Araşdırmalar zamanı komitə tərəfindən akkreditasiya olunmuş “AzSert” sertifikatlaşdırma orqanının əməkdaşları standartın tələblərinə uyğun olaraq xammalın alınması, hazırlanması, emalı, təsnifatı, təyin edilməsi, qablaşdırılması, markalanması, işarələnməsi, nəzarəti, yuklənib boşaldılması, nəql edilməsi, paylanması, saxlanılması və xidmət edilməsi mərhələlərində riayət edilməsi vacib olan ümumi qaydaların müəssisələr tərəfindən icra vəziyyəti öyrənilib.
Bundan başqa, AZSert əməkdaşları standartın əsas tələblərindən olan heyvanların kəsimi və xammalın hazırlanması prosesini öyrənmək üçün Hindistan, Almaniya, Avstriya, Çexiya və Rusiyada olublar.
F. Talıblı, həmçinin qeyd edib ki, SMPDK AZS 757-2014 standartına uyğunluğu təsdiq edən sertifikatlar almış şirkətlərin məhsulları üçün ticarət nişanlarını təsdiq edib.
Beləliklə, üzərində “AZS Milli Sertifikatlaşdırma Sistemi. Halal” yazılmış nişanı yalnız sertifikat almış təsərrüfat subyektləri öz məhsullarında istifadə edə biləcəklər. Sertifikatlaşdırılmayan, lakin məhsulun üzərində “Halal” sözünü həkk edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcək.
“Məqsəd istehlakçı hüquqlarının qorunması, haqsız rəqabət hallarının qarşısının alınması və istehlakçıların daxili bazara inamının gücləndirilməsidir”, - deyə o bildirib.
“Halal” standartının tətbiqinə 2012-ci il avqustun 1-dən başlanılıb. Standartın tələblərinə uyğun olaraq məhsulun bütün istehsal və daşınma prosedurları İslam dininin normaları əsasında həyata keçirilməlidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət