Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlar Əhliman Əmiraslanov və Sədaqət Vəliyeva Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyası (Türk PA) komissiyalarının iclaslarında iştirak edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə deputatlar aprelin 14-dən 17-dək Qırğızıstanın paytaxtında səfərdə olacaqlar.
Qurumun Beynəlxalq əlaqələr komissiyasında “Türkdilli ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələri” mövzusunda məruzə dinləniləcək, tövsiyələr veriləcək.
Məruzəni Milli Məclisin deputatı, komissiyanın sədri Əhliman Əmiraslanov təqdim edəcək.
Millət vəkilləri Nizami Cəfərov və Sədaqət Vəliyeva isə təşkilatın Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclasında “Türk dili günü” mövzusuna həsr olunmuş müzakirələrə qatılacaqlar. Toplantıda türk dilinin tarixi, inkişafı, tədrisi və tədqiqi ilə bağlı fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində, həmçinin ekspertlərin iştirakı ilə “Elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq” mövzusunda dəyirmi masa keçiriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət