Azərbaycan “Şərq tərəfdaşlığı” proqramının gələcəyi barədə ciddi düşünməlidir, çünki bu proqram onun iştirakçıları üçün yeni ərazi itkilərinə və digər məhrumiyyətlərə yol açır. Avronest Parlament Assambleyasının vitse-prezidenti, AŞPA-nın üzvü Elxan
Süleymanov belə hesab edir.
“Ukraynadakı böhran geosiyasi xarakter daşıyır. Əgər “Şərq tərəfdaşlığı” proqramı tərəfdaş ölkələrin ərazi problemlərini həll etmək gücündə deyilsə, əksinə bu ölkələr üçün yeni ərazi itkilərinə və digər məhrumiyyətlərə yol açırsa, deməli, bu proqramın gələcəyi barədə ciddi düşünülməlidir”, - deyə E.Süleymanovun “İnterfaks-Azərbaycan” agentliyinə daxil olan bəyanatında qeyd olunur.
Onun sözlərinə görə, “Şərq tərəfdaşlığı”nın əsas məqsədi tərəfdaş ölkələrlə Aİ arasında daha sıx inteqrasiya əlaqələrinə nail olmaqdır.
“Lakin Tərəfdaşlığın əsas məqsədlərində Rusiya faktoru nəzərə alınmayıb. Postsovet ölkələri ilə Rusiya arasında müxtəlif sahələrdə əlaqələr mövcuddur və tərəfdaş ölkələrin əksər ərazi problemlərinin həlli Rusiyadan asılıdır. Odur ki, “Şərq tərəfdaşlığı” proqramında Rusiya faktorunun nəzərə alınmaması üzv ölkələri Avropa İttifaqı ilə Rusiya arasında çətin seçim qarşısında qoyur”, - deyə parlamentari vurğulayıb.
Onun sözlərinə görə, digər tərəfdən, “Şərq Tərəfdaşlığı” ölkələri Qərb və Rusiya maraqlarının toqquşduğu geosiyasi məkandır.
“Aİ indiyə qədər “Şərq tərəfdaşlığı” proqramında tərəfdaş ölkələrin qarşılaşacağı risklərin qarşısının alınmasına yönəlmiş mexanizm təklif etməyib. Ona görə də tərəfdaş ölkələr mövcud geosiyasi risklərdən sığortalanmayıblar”, - deyə E.Süleymanov qeyd edib.
O vurğulayıb ki, bu nöqteyi-nəzərdən Ukraynadakı böhtan geosiyasi xarakter daşıyır.
Onun sözlərinə görə, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Ukrayna ilə eyni səviyyədə dəstək tələb edir.
“Azərbaycan Ukraynanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Azərbaycan nümayəndə heyəti martın 27-də BMT Baş Assambleyasında “Ukraynanın ərazi bütövlüyü”nə dair qətnaməni dəstəkləyərək, bu məsələdəki mövqeyini açıq nümayiş etdirdi”, - deyə E.Süleymanov bildirib.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Avronest PA-nın vitse-prezidenti vurğulayıb ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil.
“Dağlıq Qarabağ münaqişəsi bütövlükdə Cənubi Qafqazda təhlükəli qeyri-sabitlik mənbəyidir və Ukrayna böhranı ilə eyni diqqətə layiqdir. Odur ki, beynəlxalq təşkilatlar və Avropa institutları öz qərarlarına hörmətlə yanaşmalı və qəbul etdikləri qərarları yerinə yetirməlidirlər. Lakin beynəlxalq təşkilatlar hər vəchlə Ermənistanın müdafiəsində durur, ona havadarlıq edir, işğala son qoyulması istiqamətində heç bir real hərəkət etmək istəmirlər, yalnız qətnamələr qəbul etməklə kifayətlənirlər, ona qarşı heç bir sanksiyalar tətbiq etmirlər, bu beynəlxalq qurumlar işğala məruz qalmış Azərbaycanla işğalçı Ermənistan arasında nəinki heç bir fərq qoymur, hətta Ermənistanı daha demokratik ölkə kimi göstərməyə can atırlar”, - deyə o vurğulayıb.
Avronest PA-nın vitse-prezidenti qeyd edib ki, işğal nəticəsində Azərbaycana vurulmuş maddi zərərin miqdarı 431 milyard ABŞ dollarından çoxdur və bu məbləğ ilbəil artır.
E.Süleymanov həmçinin bəyan edib ki, Azərbaycan beynəlxalq təşkilatlarda ayrı-seçkiliklə üzləşir.
“Biz çox illərdir ki, “Şərq tərəfdaşlığı” proqramında iştirak edirik. Biz 14 ildir ki, Avropa Şurasının üzvüyük. Lakin problemlərimizin həlli 20 ildir ayrı-seçkiliklə üzləşdiyimiz beynəlxalq təşkilatlarda müvafiq qaydada dəstəklənmir. Rusiyanın Krımı özünə birləşdirməsindən sonra diplomatik danışıqlar və ona tətbiq edilən sanksiyalar fonunda Qərbin işğal edilmiş əraziləri, Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı ikili standartlar və riyakarlıq nümayiş etdirməsi özünü daha qabarıq şəkildə biruzə verir. Azərbaycanın bu rayonları 25 ilə yaxındır ki, beynəlxalq hüquq normaları pozulmaqla Ermənistanın işğal altındadır, lakin Aİ ərazi bütövlüyünün bu pozulmasına və bir milyon məcburi köçkünün əziyyət çəkməsinə etinasızlıqla yanaşır. Qanun qanundur və heç zaman müxtəlif ölkələr üçün fərqli şəkildə şərh edilməməlidir. Dünya Moskvaya diplomatik təzyiq göstərir, bəs hanı Ermənistana qarşı sanksiyalar? Beynəlxalq ictimaiyyət Ukrayna və onun ərazi bütövlüyünü dəstəkləyən bəyannamə və tədbirlər kimi, bu gün eyni dəstəyi Azərbaycana da təmin etməli, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası tərəfindən qəbul edilmiş qətnamələrə hörmət etməlidir”, - deyə parlamentari vurğulayıb.
O qeyd edib ki, Amerika və qərb dövlətlərinin, bütün beynəlxalq qurumlarının Ukraynaya verdikləri dəstəkdən Azərbaycan dərs götürməli, dünya birliyindən, xüsusilə Avropa İttifaqı, Avropa Şurası və ATƏT-dən Ermənistana sanksiyların tətbiqini və öz haqqını tələb etməlidir.
“Onlar isə bunu etmək əvəzinə daim müxtəlif bəhanələrlə Azərbaycanın başını qarışdırmaqla məşğuldurlar. Beynəlxalq qurumlar isə Ermənistanı müdafiə etmək üçün insan hüquqları altında Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcəyi dövrdə ölkəmizə qarşı geniş miqyaslı hücümlara hazırlaşırlar. Bunun rüşeymləri artıq görünür”, - deyə E.Süleymanov bildirib.
Onun sözlərinə görə, Avropa Şurası “öz iş dinamikasını pozmamaq üçün Azərbaycana hücum strategiyasına gizli start verməyə başlayıb”.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət